Badamdarda Hədəf Stars International kampusunun açılışı keçirilib FOTOLAR
Icma.az, Sia Az saytına istinadən bildirir.
Oktyabrın 16-da Bakının Badamdar qəsəbəsində Hədəf Stars International məktəbinin və Hədəf İncəsənət Məktəbinin yerləşdiyi kampusun açılış mərasimi keçirilib. Tədbir 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunub.
SİA xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatı, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qonaqlar kampusun infrastrukturu, sinif otaqları, STEAM məkanları, fizika, kimya və biologiya laboratoriyaları, virtual reallıq otağı və interaktiv elm muzeyi ilə tanış olublar.
Açılışda rəmzi lent kəsilib, şəhidlərin əziz xatirəsi yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bildirilib ki, Hədəf Stars International məktəbində məktəbəqədər hazırlıqdan XI sinfə qədər təhsil nəzərdə tutulur. Tədris Kembric kurikulumları əsasında ingilis dilində aparılır, təhsil prosesində STEAM yanaşmasından istifadə olunur.
Tədbirdə Hədəf İncəsənət Məktəbinin tədris imkanları da təqdim edilib. Məktəbdə musiqi, rəssamlıq, heykəltaraşlıq, dram, aktyor sənəti, rejissorluq və yaradıcı yazarlıq istiqamətləri üzrə dərslər keçirilir. Tədris prosesində müasir texnologiyaların tətbiqinə və Azərbaycanın milli musiqi irsinin öyrənilməsinə diqqət yetirilir.
Çıxışlarda yeni kampusun fəaliyyəti, tədrisin təşkili və şagirdlərin yaradıcılıq bacarıqlarının inkişafı üçün yaradılan imkanlar barədə məlumat verilib.
Tədbirin bədii hissəsində Hədəf Liseyinin müəllim və şagirdlərinin iştirakı ilə rəqs nömrələri və səhnəciklər nümayiş olunub. Hədəf 11 İllik İncəsənət Məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 19 Oktyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















