Icma.az
close
up
RU
Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB

Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri iclasın Azərbaycan tarixinin gedişini dəyişmiş bir hadisənin ildönümü ərəfəsində keçirildiyini deyib. O bildirib ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin ali hakimiyyətə qayıtması Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərin siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində xalqımız müstəqil dövlətini qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bildi. Ümummilli Liderimizin məharətlə və əzmlə xilaskarlıq missiyasını həyata keçirməsi, hüquqi, demokratik və dünyəvi dövlətin möhkəm təməlini yaratması Azərbaycanın tarixinə milli qurtuluş və quruculuq dövrü kimi əbədi həkk olunub.

S.Qafarova Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin iyunun 11-12-də Qazaxıstanın paytaxtı Astanaya işgüzar səfəri barədə məlumat verib.

Sonra parlamentin sədri plenar iclasın gündəliyinə 12 məsələnin daxil edildiyini bildirib. O, birinci məsələnin “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib. O qeyd edib ki, qanun layihəsi beynəlxalq sənədlə bağlı olduğuna görə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcək.

İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu məsələni təqdim edib. O, qanun layihəsinin ölkə Prezidentinin imzası ilə Milli Məclisə daxil olduğunu bildirib. Qeyd edib ki, “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Hökumətlərinin təmsilçiləri tərəfindən 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanıb.

Komitə sədri diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin (TDTMMM) məqsədi Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, eləcə də digər dövlətlərin ərazilərində baş verə biləcək fəlakətlər və fövqəladə hallar zamanı fövqəladə ehtiyacları dəstəkləmək üçün fəlakətlərə cavab tədbirləri üzrə ortaq potensialın yaradılmasıdır. Dəstək fəlakət və ya fövqəladə vəziyyət zamanı zərər çəkmiş dövlətin müraciəti əsasında təmin edilir və TDTMMM-in dəstək fəaliyyətlərində iştirak könüllülük əsasında həyata keçirilir. TDTMMM-inəsas funksiyalarına fəlakət və fövqəladə hallar zamanı həyat və əmlakın xilas edilməsi, tibbi yardım, monitorinq və təhlil, sığınacaq, humanitar yardım və sair kimi tədbirlər aiddir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sahibə Qafarova növbəti 4 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O bildirib ki, layihədə Cinayət Məcəlləsinə cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan maddələrin dairəsinə, həmçinin şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə halının da əlavə edilməsi təklif edilir.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə danışıb. O, əvvəlki iki oxunuş zamanı məsələ barədə geniş məlumat verildiyini, komitəyə əlavə təklifin daxil olmadığını deyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib. Bildirib ki, layihə sağlamlığın qorunması hüququnun daha effektiv təmin edilməsi, həyat və sağlamlıq əleyhinə olan bəzi cinayətlərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə hazırlanıb.

İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. O, sənədin ikinci oxunuşda plenar iclasda qəbul edildikdən sonra əlavə heç bir təklifin daxil olmadığını söyləyib və sənədin dəstəklənməsini xahiş edib.

Daha sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsininüzvü Kamal Cəfərov “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihədə hər hansı dəyişikliyin olmadığını bildirib və onun olduğu kimi səsə qoyulmasını xahiş edib.

Sənəddə "Pasportlar haqqında" Qanuna təklif olunan düzəlişə əsasən, Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasportu əldə edə biləcək subyektlər dairəsinə daxil edilir. "Dövlət qulluğu haqqında" Qanunda isə inzibati və yardımçı vəzifələr təsnifatına yeni vəzifənin - Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsinin əlavə edilməsi təklif olunur.

Qanun layihələri üçüncü oxunuşda qəbul edilib.

S.Qafarova gündəliyin digər 4 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib. O qeyd edib ki, növbəti məsələ “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsidir (ikinci oxunuş). Sədr bu məsələ ilə əlaqədar Hökumət üzvlərinin, Hesablama Palatası rəhbərliyinin və digər vəzifəli şəxslərin iclasda iştirak etdiyini söyləyib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə məlumat verərək, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin və illik hesabatın birinci oxunuşda ətraflı müzakirə edildiyini bildirib.

Komitə sədri dövlət büdcəsinin icrasının büdcə prosesinin vacib mərhələlərindən biri olduğunu deyib. Qeyd edib ki, büdcənin icrası üzrə hesabatlılıq büdcə prosesinin və büdcə nəzarətinin ayrılmaz tərkib hissəsidir. O, büdcə prosesinin və onun təkmilləşdirilməsinin davamlı xarakter daşıdığını, Maliyyə Nazirliyində büdcə sisteminin və fiskal siyasətin müxtəlif istiqamətlərini əhatə edən işçi qruplarının yaradıldığını söyləyib.

İclasda iştirak edən maliyyə naziri Sahil Babayev bildirib ki, dövlət büdcəsi ölkənin strateji inkişaf istiqamətlərini, sosial öhdəliklərini, vətəndaş rifahına yönəlmiş siyasəti özündə əks etdirən əsas sənəddir. Büdcənin icrası isə bu öhdəliklərin həyata keçirilməsinin göstəricisi, Hökumətin sosial-iqtisadi fəaliyyətinin məntiqi yekunudur.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə hesabat ilində büdcənin icrası ilə bağlı zəruri tədbirlər görüldüyünü, makroiqtisadi göstəricilərin müsbət tendensiya üzrə inkişaf etdiyini, sosial proqramların icrasının təmin olunduğunu, iqtisadi inkişaf, dövlətin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılması üçün tələb olunan həcmdə maliyyə vəsaitinin səfərbər edildiyini vurğulayıb. Bununla yanaşı, ötən il ərzində Böyük Qayıdış Proqramına uyğun olaraq quruculuq işlərinin sürətləndirilməsinin və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinin geniş vüsət aldığını söyləyib.

Nazir qeyd edib ki, hesabat ilində, həmçinin təhsil, səhiyyə, sosial, mədəniyyət, idman, investisiya, kənd təsərrüfatı, dövlət borcu, beynəlxalq təşkilatlara üzvlük və digər zəruri tədbirlərin maliyyələşdirilməsi təmin edilib.

Sahil Babayev çıxışında müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən məsələlərlə bağlı öz fikirlərini açıqlayıb.

Milli Məclisin sədri növbəti məsələnin “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib. O qeyd edib ki, bu məsələ ilə əlaqədar ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş idarəsinin rəisi Elçin Nəsibov, İcra xidmətinin rəis müavini Yaqub Qurbanoviclasda iştirak edirlər.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu qanun layihəsini təqdim edib. O, birinci oxunuş zamanı məsələ barədə ətraflı məlumat verildiyini söyləyib. Komitə sədri məhkəmə qərarlarının icrası sahəsində mövcud vəziyyət barədə danışaraq, bu qərarların təmin edilməsi üçün təsirli tədbirlərin görüldüyünü deyib, bu baxımdan təqdim edilən qanun layihəsinin əhəmiyyətindən söhbət açıb.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı nəzərə çatdırıb.

İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İstilik təchizatı haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən dəstəkləndiyiniqeyd edərək, bununla yanaşı, bəzi sual və təkliflərin səsləndirildiyini söyləyib. Komitə sədri qaldırılan məsələlərin aktuallığını və ictimai marağı nəzərə alaraq, parlamentin sədri Sahibə Qafarovanın tövsiyəsi ilə Milli Məclisdə parlamentin bir sıra komitə sədrlərinin, deputatların, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə qanun layihəsi ilə bağlı ictimai dinləmənin keçirildiyini, maraq doğuran bir çox məsələlərə aydınlıq gətirildiyini diqqətə çatdırıb.

Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

S.Qafarova gündəliyin son üç məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib və deputatlardan çıxışlar zamanı birinci oxunuşun tələblərini nəzərə almalarını xahiş edib. O, növbəti iki məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-biri ilə bağlı olduğunu diqqətə çatdırıb. Ona görə də layihələrin təqdimatları və müzakirəsi birlikdə aparılıb.

Gündəliyin 10-cu məsələsi olan "Qaz təchizatı haqqında" qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov təqdim edib. O bildirib ki, sənədin qəbulu qaz sektorunda islahatların dərinləşməsində, sahə üzrə münasibətləri tənzimləyən sənədlərin zəruri hüquqi bazasının yaradılmasında mühüm bir mərhələ açacaq. Layihə ölkəmizin qaz təchizatı sistemində idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə dayanıqlı, sabit, şəffaf və rəqabətli hüquqi mühitin formalaşdırılması məqsədi ilə hazırlanıb. Vurğulanıb ki, qaz təchizatının dayanıqlılığı, təhlükəsizliyi, etibarlılığı, səmərəliliyi, bu sahədə şəffaf idarəetmə və tənzimləmə, bərabər və ayrı-seçkiliyə yol verməyən xidmət imkanları qanun layihəsində dövlət siyasətinin əsas prinsipləri kimi təsbit olunub. İstehlakçılarla təchizat subyektləri arasında balanslı və ədalətli münasibətlərin qurulması da sənədin əsas istiqamətlərindəndir. Diqqətə çatdırılıb ki, layihədə qazın hasilatı, nəqli, paylanması və satışı kimi funksiyaların hüquqi ayrılığı təmin olunur, tariflərin hesablanması üçün şəffaf mexanizmlər təklif olunur.

Gündəliyin 11-ci məsələsi olan "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov nəzərə çatdırıb.

Komitə sədri bildirib ki, qanun layihəsi müzakirədə olan "Qaz təchizatı haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb. Belə ki, "Qaz təchizatı haqqında" qanun layihəsinə əsasən, "qazın saxlanması" fəaliyyəti icazə əsasında həyata keçirilən fəaliyyət növü kimi təsbit edilib. Buna uyğun olaraq, "Lisenziyalar və icazələr haqqında" Qanunda "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nda “qazın saxlanmasına icazə”nin təsbit olunması nəzərdə tutulur.

Sadiq Qurbanov gündəliyin sonuncu məsələsi olan "Elektroenergetika haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verərkən layihəni elektroenergetika sektorunda aparılan genişmiqyaslı islahatların məntiqi davamı kimi dəyərləndirib. Bildirilib ki, bu dəyişikliklərin mahiyyəti yalnız texniki xarakter daşımır. Əslində, bu təşəbbüs ölkədə enerji təchizatının səmərəliliyinin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və enerji sisteminin iqtisadi dayanıqlığının təmin olunması istiqamətində atılan mühüm addımlardandır. Komitə sədri bildirib ki, qanun layihəsinin əsas predmeti “sabit tarif” anlayışının qanuna daxil edilməsidir. O, bu anlayışı müasir və inkişaf etmiş iqtisadi modellərdə istifadə olunan, iqtisadi əsaslara söykənən və enerji xidmətlərinin davamlığını təmin edən element kimi xarakterizə edib. Yəni, bu, enerji təchizatçılarının daimi və dəyişməyən xərclərinin qarşılanması üçün nəzərdə tutulan məbləğdir. Qeyd olunub ki, bu məbləğ faktiki olaraq hazırda istehlakçılar tərəfindən ödənilir, sadəcə tarif strukturunda ayrıca göstərilmir. Ona görə də sabit tarifin qanunvericiliyə əlavə edilməsinin heç bir halda yeni ödəniş və ya əlavə maliyyə yükü yaratmadığı diqqətə çatdırılıb.

Qanun layihələri birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see216

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see215

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see209

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see193

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see187

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see126

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see125

Simonyan: Azərbaycan Ermənistan sərhədinin daha bir hissəsi tezliklə demarkasiya ediləcək

10 Dekabr 2025 22:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri