Milli Məclisin sədri: AŞPA və Qərb ölkələrinin parlamentləri ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışır
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Bu gün təəssüf ki, bir sıra ölkələrdə parlamentlər ikili standartlar alətinə çevrilirlər.
"Cebheinfo.az" xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında parlamentin sədri Sahibə Qafarova deyib
Spiker bildirib ki, sabah konfrans iştirakçıları Azərbaycanın Qarabağ bölgəsini – Füzuli, Xocalı, Xankəndi Şuşanı ziyarət edəcəklər: “Siz Ermənistan tərəfindən yerlə yeksan edilmiş şəhər və kəndlərin canlı şahidi olacaqsınız. Lakin eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng bərpa və quruculuq işləri ilə tanış olacaqsınız”.
Sahibə Qavarova Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda sülhün və sabitliyin yaranmasının yolunun açıldığını vurğulayıb: “Bütün bunlarla bərabər, Avropa Şurası Parlament Assambleyası və Qərb ölkələrinin parlamentləri ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışır. Bunun səbəbi isə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və milli maraqlarına uyğun siyasət yürütməsidir. Bu tipli kampaniyalar COP29 zamanı da özünü aşkar şəkildə biruzə verdi. Öz dar siyasi maraqlarını güdən qüvvələr ölkəmizə qarşı absurd iddialar səsləndirirdilər”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 07 Dekabr 2024 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















