Milli Məclisin sədri TBMM sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 11 noyabr, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, S.Qafarova məktubunda Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbərdən sarsıldığını bildirib. Milli Məclisin sədri TBMM-in sədrinə və deputatlarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan parlamentinin deputatları adından dərin hüznlə başsağlığı verib, həlak olanlara Allahdan rəhmət diləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 11 Noyabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















