Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Milli mədəni identikliyin əsas göstəricilərindən biri

Milli mədəni identikliyin əsas göstəricilərindən biri

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Xalçalar təkcə məişətdə istifadə olunmur, həm də Türk toplumlarının kimlik ifadəsi, tarixi yaddaşı və kollektiv yaddaşının bir hissəsi kimi çıxış edir

Altıncı məqalə

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. 1 may 30 sentyabr tarixləri arasında reallaşdırılacaq layihə müasir dövrdə Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyır. Biz, ortaq dəyərlərimizi, ortaq mirasımız bilmədən etibarlı ortaq gələcək qura bilmərik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz Türk dünyasıdır. Ailəmizin etibarlı təməllər üzərində qurulması həm də ortaq tarixi keçmişimizə sahib çıxmaqdan keçir. Layihənin məqsədi Türk dünyasında bu istiqamətdə atılan addımları, ortaq mirasımızla bağlı tarixi faktları türk dünyasına, o cümlədən uşaq, yeniyetmə və gənclərə çatdırmaqdır. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, həmçinin, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan mütəxəssislərin fikirləri əsasında 12 məqalənin hazırlanması nəzərdə tutulub. Müxtəlif sahələri əhatə edəcək həmin 12 məqalənin altıncısı oxuculara təqdim edilir.

Bu məqalədə Türk dünyasında önəmli yer tutan və ortaq dəyər olan xalçaçılaqdan bəhs edəcəyik.

Türk xalqları tarix boyu zəngin ornamentli, simvolika və toxuculuq texnikası ilə seçilən xalçalar yaradıblar

Beləliklə, öncə onu bildirək ki, xalçaçılığın ilk nümunələri eramızdan əvvəl II minilliyə aid edilir. Ən önəmli arxeoloji sübutlardan biri Altay dağlarında yerləşən Pazyryk kurqanında tapılmış xalçadır.Ümumiyyətlə, xalçaçılıq sənəti Türk dünyasında minilliklər boyunca inkişaf edərək yalnız məişət əşyası deyil, həm də milli-mədəni identikliyin əsas göstəricilərindən birinə çevrilmişdir. Yəni, xalçaçılıq Türk xalqları arasında ən qədim və zəngin mədəniyyət sahələrindən biri olub, həm estetik, həm də funksional baxımdan böyük əhəmiyyət daşıyır. Türk xalqları tarix boyu zəngin ornamentli, simvolika və toxuculuq texnikası ilə seçilən xalçalar yaradıblar. Bu sənət növü qədim köçəri həyat tərzinin tələblərindən doğaraq zamanla estetik və mənəvi bir sənətə çevrilib.

Türk xalçaçılığı minilliklər boyunca Orta Asiyadan Anadoluya, Qafqazlardan Balkanlara, Sibir bölgəsindən Çin sərhədlərinə qədər geniş bir coğrafiyada formalaşıb və inkişaf edib.
Əksər ekspertlərin də qeyd etdikləri kimi, xalçalar təkcə məişətdə istifadə olunmur, həm də Türk toplumlarının kimlik ifadəsi, tarixi yaddaşı və kollektiv yaddaşının bir hissəsi kimi çıxış edir. Onların üzərindəki naxışlar, rənglər və simvollar həmin toplumların mifoloji düşüncəsini, dünyagörüşünü və həyat tərzini əks etdirir. Türk xalçalarında istifadə olunan simvollar əsasən kozmoloji və dini mənalar daşıyır. Göy Tanrı inancı, şamanist ayinlər və totemist dünya görüşü xalça ornamentikasında aydın şəkildə öz əksini tapır. Məsələn, “günəş”, “su”, “quş”, “qurd”, “əl”, “qapı” kimi motivlər həyat, qorunma, məhsuldarlıq və ilahi güc simvolları kimi yozulur. Bu motivlər həmçinin sonrakı dövrlərdə İslam təsiri ilə yeni forma alaraq mədəni sintez yaratmışdır.

Tarix boyu xalçaçılıq Azərbaycanda xüsusilə fərqlənib

Beləliklə, öncə Azərbaycan xalçaları və xalçaçılıq ənələri barədə araşdırma etdik. Bu istiqamətdə həmsöhbət olduğumuz xalçaçı-rəssam, əslən Qərbi Azərbaycanın Qafan rayonu Oxçu kəndindən olan Fəxriyyə Hacıyeva öncə onu dedi ki, ata babasıgili ermənilər Oxçu kəndindənzülmlə qovublar, onlar da Zəngilan rayonunda məskunlaşıblar:

“Mən də Zəngilanda doğulmuşam. Orta təhsilimi başa vurub, Bakıya gəlmişik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dekorativ Tətbiqi Sənət fakültəsində xalça rəssamlığı ixtisası üzrə oxumuşam. Uşaqlıq illərimdən naxış çəkməyə çox həvəsli olmuşam. Nənəm tikmə ustası olub .Onun əllərinə baxaraq milli naxışları öyrənmişəm. Mən uşaqlıqdan Qarabağ və Zəngəzur xalçaları ilə böyümüşəm”.

Bizimlə söhbətində Türk dünyasının xalçaçılıq baxımından böyük tarixə malik olduğunu deyən Fəxriyyə Hacıyeva bu baxımdan Qərbi Azərbaycanın xalçaçılıq tarixi və ənənələrinin xüsusi önəm kəsb etdiyini bildirdi. Bununla bağlı konkret fikirləri bir qədər sonra təqdim edəcəyik.

Hələlik isə bildirək ki, tarix boyu xalçaçılıq Azərbaycanda xüsusilə fərqlənib və dəyərləndirilib. Mənbələrdən də bəlli olduğu kimi, Azərbaycanda çeşidli xalçaçılıq məktəbləri var. Məsələn, Quba, Qarabağ, Şirvan, Qazax, Təbriz, Gəncə və Bakının ətraf bölgələri bu baxımdan qeyd edilməlidir. Bu xalçaçılıq məktəbləri əsrlər boyunca formalaşmış və hər biri özünəməxsus texniki xüsusiyyətləri, rəng palitrası və bədii üslub ilə fərqlənmişdir. Bu məktəblər coğrafi mövqeyinə, yerli ənənələrə və tarixi-mədəni təsirlərə uyğun olaraq müxtəlif formalarda inkişaf etmiş, zəngin bir xalçaçılıq mədəniyyəti yaratmışdır.

Azərbaycan xalçaları maraqlı və zəngin motivləri ilə hər zaman dünyanın diqqətini çəkib

Onu da vurğulayaq ki, Azərbaycan xalçaları maraqlı və zəngin motivləri ilə hər zaman dünyanın diqqətini çəkib. Mənbələrə əsaslanaraq qeyd edə bilərik ki, Azərbaycan xalçalarında tez-tez rast gəlinən “buta”, “xarı bülbül”, “sarmaşıq”, “çinar”, “göl” və “haşiyə” motivləri təkcə estetik məqsədlərə xidmət etmir, həm də xalqın mifik dünyagörüşünü, dini inanclarını və mədəni kimliyini əks etdirir.

Qərbi Azərbaycan xalçaçılıq məktəbinə gəlincə, bildirmək yerinə düşər ki, XX əsrin ortalarında Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlılar, özləri ilə birlikdə xalçaçılıq ənənələrini də yeni məskunlaşdıqları ərazilərə gətiriblər. Bu xalçalar, onların doğma yurdlarına olan bağlılığını və mədəni irsini qorumaq üçün əhəmiyyətli rol oynayıb.

Qərbi Azərbaycan xalçaları öz rəng tonları, naxış zənginliyi və texnologiyası ilə fərqlənir

Bu məqama toxunan Fəxriyyə Hacıyeva dedi ki, Qərbi Azərbaycanın xalçaçılıq ənənələri, zəngin tarixi və mədəni irsi ilə Azərbaycan xalqının milli kimliyinin ayrılmaz hissəsidir:

“Nənələrdən eşitdiyim sözlərə görə Qərbi Azərbaycanda, Zəngəzurda bir qadın tapılmazdı ki, xalça, yaxud kilim toxumasın. Bu mahallarda Azərbaycan türkləri qızlarına cehiz verərkən mütləq öz toxuduğu xalçaları verərmişlər. Beləliklə, bu sənət, nəsildən-nəslə ötürülərək, xalqın yaddaşında və evlərində yaşamağa davam edir. Qeyd edim ki, Qərbi Azərbaycan xalçaları öz rəng tonları, naxış zənginliyi və texnologiyası ilə fərqlənir. Qərbi Azərbaycanın ən məşhur xalçaları Lori, Pəmbək, Dərələyəz, İrəvan, Zəngəzur, Zəngibasar, Ağbaba, Göyçə mahalında toxunmuşdur. Qərbi Azərbaycanımızın gözək təbiəti xalçada da öz əksini tapır”.

Müsahibimiz dedi ki, “Qərbi Azərbaycanda nənələrimiz qoyunun yununu əyirərək iplik düzəldiblər. Təbiətdən yığılmış boyaq otu, zəncur otu, qoz yarpağı, palıd yarpağı,əncir yarpağı kimi bitkilərdən ipləri boyayıb müxtəlif gözəl naxışlı xalçalar toxuyublar. Hazırda da İrəvan, Loru Pəmbək və Göycə kimi məşhur Qərbi Azərbaycan xalçaları və xovsuz kilimləri dünya muzeylərini bəzəyir”.

Fəxriyyə Hacıyeva qeyd etdi ki, böyük bir inkişaf yolu keçən Qərbi Azərbaycan xalçaları özündə dini və millin inancları da əks etdirib.

Qərbi Azərbaycan xalçalarında istifadə olunan ornamentlər, qədim türk mədəniyyətinin simvollarını əks etdirir

Yeri gəlmikən, Qərbi Azərbaycan xalçalarında istifadə olunan ornamentlər, qədim türk mədəniyyətinin simvollarını əks etdirir. Məsələn, Haqqıxlı xalçasında qurd ağzı, qırx açar, ay-ulduz kimi simvollar, Göytürk yazıları və tenqriçilik rəmzləri ilə birlikdə, xalçanın yalnız xüsusi günlərdə sərilməsi ənənəsini göstərir.Ümumiyyətlə, Qərbi Azərbaycan xalçaçılığında qədim türk mədəniyyətinin izləri çox zəngindir. Bu xalçalar, türk mifologiyası, inanc sistemi və estetik dünyagörüşünün canlı ifadəsidir. Bu, həm də Qərbi Azərbaycan xalçaçılığının qədim türk mədəniyyətinə olan bağlılığını və bu mədəniyyətin xalça sənətində necə yaşadığını göstərir.

Bu məqamda onu da qeyd edək ki, Azərbaycan xalçaçılığı təkcə xalq sənətkarlığının nümunəsi deyil, həm də milli-mədəni identikliyin qorunması və nəsildən-nəslə ötürülməsi baxımından mühüm vasitə olmuşdur. Bu səbəbdən də 2010-cu ildə Azərbaycan xalçaçılıq sənəti UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir. Bu mühüm beynəlxalq tanınma Azərbaycan xalçaçılığının qlobal mədəniyyət üçün əhəmiyyətini təsdiqləmiş, həm də bu sahədə elmi tədqiqatlar və mədəni irsin qorunması sahəsində yeni imkanlar yaratmışdır.

Cavid Şahverdiyev

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 İyun 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri