Icma.az
close
up
RU
Milli mənəvi dəyərlərin yaşadılmasına xüsusi diqqət yetirilir

Milli mənəvi dəyərlərin yaşadılmasına xüsusi diqqət yetirilir

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli-mənəvi dəyərlərimizin yaşadılması, qorunub saxlanılması vacib amillərdən biridir. Bu, xüsusən müstəqillik illərində dövlət quruculuğu prosesində mühüm əhəmiyyətə malik olub. Yəni dövlətin müstəqilliyinin qorunmasını təmin edən əsas sütunlardan biri məhz milli-mənəvi dəyərlər olub.
Bu gün də dövlət tərəfindən milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsinə xüsusi diqqət yetirilir, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Mövzu ilə bağlı “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Süleyman İsmayılbəyli deyib ki, Azərbaycanda milli-mənəvi dəyərlərə bağlılıq, onun qorunması, yaşadılması və gənc nəzlə çatdırılması hər zaman diqqət mərkəzində saxlanılıb. Zaman-zaman, xüsusilə keçmiş sovetlər dönəmində mənəvi dəyərlərimizi aşınmaya məruz qoymağa, onu deqradasiyaya uğratmağa yönəlik fəaliyyətlər ortaya qoyulub: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müəyyən zamanlarda ittifaq rəhbərliyi bu istəyinə az da olsa çata bilib, mənəvi dəyərlərimizə zərbə vurulub, onların unudulmasına çalışılıb. Mərkəzin xüsusi planı əsasında Azərbaycanda ən yüksək vəzifələrə erməni millətindən olan şəxslərin təyin edilmsi həmin planın tərkib hissəsi olub. Məqsəd xalqımızı milli mənəvi dəyərlərindən uzaq salmaq olub. Hətta milli və dini bayramlarımız sayılan Novruz, Qurban, Ramazan bayramları sovetlərin çirkin planı səbəbindən gizli şəkildə qeyd edilirdi. Milli-mənəvi dəyərlərimizin deqradasiyaya uğraması Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinə qədər davam etdi. 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi maneələrə qarşı mübarizə apararaq Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, xalqın özünüdərki üçün ciddi addımlar atmağa başladı”.
O, qeyd edib ki, Heydər Əliyevin milli - mənəvi dəyərlər məsələsində irəli sürdüyü prinsiplər, həmin problemin həlli ilə bağlı müəyyənləşdirdiyi aydın xətt, atdığı addımlar mərhələ-mərhələ öz müsbət nəticələrini göstərirdi.
Ulu Öndər milli-mənəvi dəyərlərdən danışarkən deyirdi: “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir... Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik... Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq... Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir”.
Heydər Əliyev respublikada mövcud olan tarixi-dini abidələrin bərpasına müvəqqəti iş kimi yox, uzunmüddətli din siyasətinin tərkib hissəsi kimi yanaşırdı. O, bu işi dövlətin dinə hörmətinin və xalqın milli-mənəvi dəyərlərə qayıdışının göstəricisi kimi dəyərləndirirdi.
S.İsmayılbəyli onu da vurğulayıb ki, milli-mənəvi dəyərlərin qorunmasına, onun inkişaf etdirilməsinə günümüzdə Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyev tərəfindən lazımı diqqət yetirilir. Ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə böyük uğurlara imza atır. Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, idman yarışlarına, forumlara ev sahibliyi edir. Bütün regional layihələrin təşəbbüskarı və ya iştirakçısı olan Azərbaycan hər bir vətəndaşımızın gerçək mənada fəxrinə çevrilibdir. Bu uğurlu siyasət mənəvi sahəni də əhatə edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, islam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində də böyük işlər görülüb. Dövlət başçısı islam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, məscid və ziyarətgahların, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb. Ölkəmizdə mövcud olan digər dinlərin nümayəndələri də dövlət başçısının diqqət və qayğısından kənarda qalmırlar. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə münasibətində, din sahəsini ehtiva edən qanunvericilik bazasının möhkəmləndirilməsində də açıq şəkildə görmək mümkündür. Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilən Qafqazın ən möhtəşəm məscidi olan “Heydər” məscidi dindarların istifadəsinə verilib. Bununla yanaşı, “Təzə Pir” məscidi, “Hacı Əjdərbəy” məscidi, “Şamaxı Cümə” məscidinin dövlət hesabına təmir-bərpası həyata keçirilib.
Mənəvi dəyərlərin qorunması və təbliği sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə atılan addımlardan biri də Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu Prezident cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Nizamnaməyə əsasən, Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir: “Milli-mənəvi dəyərlərimizin yaşadılmasında, onun təbliğində genişmiqyaslı fəaliyyəti ilə ictimaiyyətimizin rəğbətini qazanan Heydər Əliyev Fondu da böyük uğurlara imza atıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Onu da qeyd edək ki, mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrinin təbliğində, irsimizin tanıdılmasında, həmçinin dünyanın müxtəlif guşələrində əyani şəkildə nümayişində Heydər Əliyev Fondunun məxsusi xidmətləri vardır. Fondun maliyyə dəstəyi ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işləri aparılıb, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verilib. Göründüyü kimi, Heydər Əliyev Fondu təkcə İslam dininə aid tarixi-dini abidələrin bərpasına deyil, həmçinin Azərbaycandan kənarda olan digər dinlərə məxsus abidələrin də bərpasına qayğı ilə yanaşır ki, bu da xalqımızın tolerantığının və sülhpərvərliyinin əyani sübutudur.
Hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu bugünədək qoruyub saxlaya bilib. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli, mənəvi, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılmış və onun böyük hissəsi bugünədək qorunub saxlanılmışdır. Milli dövlətin formalaşmasında, güclü və əbədiyaşar olmasında onun mənəvi əsaslarının milli dəyərlərlə səsləşməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Ümummilli lider Heydər Əliyev məktəbinin gənc nəslə aşılanması ən vacib məsələlərdən biridir.
Bu gün milli-mənəvi dəyərlərimizin qorunması, onun mühafizə edilməsi, bu tipdən olan abidələrimizin, memarlıq incilərinin bərpası, yenidən qurulması prosesi eyni ilə işğaldan azad edilmiş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilir. İkinci Qarabağ müharibəsindən keçən 5 il yaxın müddətdə Şuşada, Ağdamda, eləcə də digər ərazilərimizdə məscidlərin bərpa edilməsi, yeni ibadət məkanlarının tikilməsi milli-mənəvi dəyərlərə olan bağlılıq, onların qorunması, mühafizəsi deməkdir”.
O da vurğulanıb ki, hər bir dövlətdə olduğu kimi Azərbaycanda da dil onun milli-mənəvi dəyərlərinin tərkib hissəsi sayılır. Ona görə də Azərbaycan dilinin inkişaf etdirilməsi, onun zənginləşdirilməsi hər zaman dövlətimiz üçün prioritet olub. Azərbaycan dilini xalqın ən böyük sərvəti hesab edən ümummilli lider Heydər Əliyev çıxışlarında hər zaman vurğulayırdı ki, milli dövlət quruculuğu prosesinin çox mühüm şərtlərindən biri milli-ədəbi dil zəminində xüsusi rəsmi dil üslubunun formalaşmasıdır. Bu zərurəti nəzərə alan Heydər Əliyev 18 iyun, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı ki, sözügedən sənəd həmin dövrdə bu istiqamətdə atılan vacib addımlardan biri idi. 2001-ci il, avqust ayının 1-dən isə latın qrafikalı Azərbaycan əlifbasına keçilməsinə qərar verildi. Ümummilli liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il, 9 avqust tarixli fərmanı əsasında xalqımızın əlamətdar bayramları sırasına daha biri əlavə olundu.
S.İsmayılbəylinin fikrincə, hər bir vətəndaş, vətənini, dövlətini, xalqını, millətini, torpağını sevən tarixdən süzülüb gələn dəyərlərini qoruyub saxlamalı və onu yaşatmalı, yad təsirlərdən qorumalıdır.
Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Sentyabr 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see196

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see175

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see169

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see161

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see144

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see140

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see135

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see135

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see132

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see132

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see130

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see129

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see129

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see128

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see128

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see126

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see117

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see116

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see116

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri