Icma.az
close
up
RU
“Milli kimliyin formalaşmasında mənəvi dəyərlərin rolu”

“Milli kimliyin formalaşmasında mənəvi dəyərlərin rolu”

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə Göygöl rayonunda yerləşən Yaylaq düşərgəsində keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin üçüncü günündə gənc fəallarla “Milli kimliyin formalaşmasında mənəvi dəyərlərin rolu” mövzusunda görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları Mübariz Qurbanlı və Hikmət Babaoğlu, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov “Heydər Əliyev Məktəbi” layihəsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, milli-mənəvi dəyərlər xalqımızın əsrlər boyu formalaşan milli kimliyinin qorunması və inkişaf etdirilməsində mühüm rol oynayır. Qeyd olunub ki, Azərbaycan xalqının milli kimliyi dilimiz, adət-ənənələrimiz, ailə dəyərlərimiz, böyüyə hörmət və kiçiyə qayğı kimi xüsusiyyətlər üzərində formalaşıb və nəsildən-nəslə ötürülüb.

Çıxışlarda vurğulanıb ki, qloballaşma şəraitində gənclər üçün yeni imkanlar yaransa da, milli kimliyin qorunması məsələsi daha da aktuallaşır. İnformasiya axınının sürətlə artdığı müasir dövrdə gənclərin öz milli köklərinə bağlı qalması, tarixi və mədəni irsini dərindən öyrənməsi xüsusi əhəmiyyət kəsb edir. Mənəvi dəyərlər insanın şəxsiyyət kimi formalaşmasında, vətənə bağlılığının güclənməsində və vətəndaş məsuliyyətinin inkişafında mühüm rol oynayır.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, milli kimliyinin möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin inkişaf etdirilməsi istiqamətində gördüyü mühüm işlərdən bəhs olunub. Qeyd edilib ki, Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan dili, milli mədəniyyət, ədəbiyyat və tarixi irs dövlət qayğısı ilə əhatə olunub, azərbaycançılıq ideologiyası isə milli birliyin əsas sütunlarından birinə çevrilib.

Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının təşəbbüsü ilə tarixi və mədəni abidələrin bərpası, Azərbaycan dilinin inkişafı və milli-mədəni irsin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm layihələr həyata keçirilir. Eyni zamanda, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və milli kimliyə bağlılığının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qeyd olunub.

Vurğulanıb ki, mənəvi dəyərlər yalnız milli ənənələrin qorunması ilə məhdudlaşmır. Ədalət, dürüstlük, məsuliyyət, elm və biliyə hörmət kimi keyfiyyətlər cəmiyyətin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdəndir. Xüsusilə gənclərin milli kimliyinin formalaşmasında təhsilin roluna diqqət çəkən natiqlər bildiriblər ki, təhsil yalnız bilik vermir, həm də insanın mənəvi dünyasını zənginləşdirir, onun milli-mədəni irsə münasibətini formalaşdırır.

Qeyd olunub ki, mənəvi dəyərlər cəmiyyətin mənəvi təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Milli kimliyin qorunması isə dövlətin, ailənin, təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir.

Layihə iştirakçıları Nigar Məmmədova, Qədir Məmmədov, Pəri Muradlı, Nuranə Rzayeva, Rəşad Məhərrəmov və digərləri mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Daha sonra layihə iştirakçıları üçün “Mənim xəyalımdakı ağıllı kənd” mövzusunda Yaradıcılıq Atelyesi (Workshop) müsabiqəsi təşkil olunub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsinin dekanı, dosent Fərid Kərimovun moderatorluğu ilə keçirilən müsabiqədə gənclər dörd komanda şəklində iştirak edərək gələcəyin yaşayış məskənlərini öz baxışları əsasında dizayn ediblər.

Təqdimatlardan sonra müsabiqənin nəticələri açıqlanıb və “Şirvanşahlar sarayı” komandası qalib elan edilib.

Daha sonra YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov gənclərlə fikir mübadiləsi aparıblar. Görüşdə gənclərin layihə ilə bağlı fikirləri dinlənilib, iştirakçılar tərəfindən təkliflər səsləndirilib. Bu kimi tədbirlərin gənclər arasında ünsiyyətin genişlənməsinə və onların mədəni istirahətinin səmərəli təşkilinə töhfə verdiyi xüsusi vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyun 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri