Icma.az
close
up
RU
“Gəncliyin formalaşmasında milli mənəvi dəyərlərin rolu”

“Gəncliyin formalaşmasında milli mənəvi dəyərlərin rolu”

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvarın 31-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurası, partiyanın Gənclər Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gəncliyin formalaşmasında milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin foyesindəki büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov hər bir ölkənin inkişafında təhsilin mühüm rol oynadığını bildirib. Azərbaycan təhsilinin inkişaf mərhələlərindən bəhs edən V.Əskərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra bu sahədə inqilabi dəyişikliklər baş verib.
YAP İdarə Heyətinin üzvü deyib ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan gəncliyinə böyük qayğı ilə yanaşıb. 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan olunması da dahi şəxsiyyətin gənclərə verdiyi dəyərin parlaq ifadəsidir. V.Əskərov bu gün dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bunun nəticəsində Azərbaycan gənclərinin yeni-yeni nailiyyətlər qazandıqlarını bildirib.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə qayğısından ətraflı bəhs edib: “Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən belə bir gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd edilməyə başlanıb”.
YAP Veteranlar Şurasının sədri bildirib ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənclər formalaşıb: “Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşdirilməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə hədəflənmiş uzaqgörən siyasəti gənc nəslin ictimai-siyasi həyatda rolunun artmasına, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bunun nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə və istedadına inam artıb. Eyni zamanda, gənclərimizin milli-mənəvi dəyərlərimizə sadiqliyi və yüksək ehtiramı xüsusi vurğulanmalıdır”.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı Heydər Əliyevin tarixi xidmətləri misilsizdir: “Ulu Öndər Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan əvəzolunmaz işlər görülüb. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir”.
D.Seyidzadə gəncləri Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsini dərindən öyrənməyə, Onun qurduğu müstəqil Azərbaycanı daim qorumağa çağırıb.
YAP Veteranlar Şurasının üzvü Prezident İlham Əliyevin gənclərə yüksək qayğısından bəhs edib. O qeyd edib ki, bu gün həyata keçirilən məqsədyönlü gənclər siyasəti Azərbaycanın parlaq gələcəyinə xidmət edir.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin tarixi önəm daşıdığını bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan gəncliyinin inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Gənclərin yüksək vətənpərvərlik ruhunda tərbiyə edilməsinin xüsusi əhəmiyyət daşıdığını deyən B.İslamov qeyd edib ki, rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdırdılar. “Həmin gənclərin mütləq əksəriyyəti Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə formalaşıblar. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Beləliklə, gənclərimiz bu müqəddəs mübarizədə milli dəyərlərimizə nə qədər sadiq olduqlarını bir daha təsdiqlədilər”, - deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.
Daha sonra 300-dən artıq gəncin iştirak etdiyi tədbir interaktiv formada davam edib, gənclərin sualları cavablandırılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:281
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri