Icma.az
close
up
RU
Milli məsuliyyət: Bakı üçün soydaşları hərbi maraqlardan daha önəmlidir

Milli məsuliyyət: Bakı üçün soydaşları hərbi maraqlardan daha önəmlidir

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın istəyi sadədir—münaqişə zonasında yaşayan dinc azərbaycanlıların həyatı riskə atılmasın


Azərbaycan İranda azərbaycanlılar yaşayan ərazilərdə əməliyyat zamanı mülki əhalinin və mülki obyektlərin təhlükəsizliyi ilə əlaqədar ehtiyatlı davranmaq və zərbələrdən mümkün qədər yan keçmək üçün müxtəlif kanallarla İsrail tərəfə yenidən müraciət edib. Ərdəbildəki hərbi obyektlərin vurulmasından sonra Azərbaycan tərəfdə mülki əhalinin təhlükəsizliyi baxımından narahatlıq yaranıb. 

Qeyd edək ki, İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələri hədəfə almamaq, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı Azərbaycanın bir neçə gün əvvəl müxtəlif kanallarla İsrail rəhbərliyinə mesaj göndərdiyi barədə məlumat yayılmışdı. Xatırladaq ki, İsraillə İran arasında iyunun 13-də başlayan hərbi əməliyyatlar zamanı hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə böyük ziyan dəyir. İsrailin endirdiyi zərbələr İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə etdiyindən yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması təhlükəsi yaranır.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycanın İsrailə etdiyi bu müraciət həm humanitar, həm də geosiyasi baxımdan mühüm bir addım kimi qiymətləndirilə bilər:


“Əməliyyatların İranın azərbaycanlıların sıx yaşadığı bölgələrində aparılması Bakı üçün həssas məsələdir. Azərbaycanın bu regionlarda yaşayan soydaşları ilə etnik-mədəni bağları onun narahatlığını anlaşılan və əsaslı edir. Ərdəbildəki zərbələr mülki əhali arasında panika yaradaraq humanitar risklərin artmasına səbəb ola bilər. Azərbaycanın müxtəlif kanallar vasitəsilə İsrailə müraciəti onun neytral və balanslı mövqeyini qorumağa çalışdığını göstərir. Bu, ölkənin həm beynəlxalq hüquqa, həm də insan hüquqlarına hörmət yanaşmasının göstəricisidir. İsraillə münasibətlər strateji xarakter daşısa da, Bakı üçün bölgədəki dinc əhali hərbi maraqlardan daha önəmlidir. Azərbaycan münaqişənin genişlənməsinin qarşısını almağa və mülki itkilərin azaldılmasına yönəlmiş diplomatik addımlar atır. Bununla yanaşı, İsrailin regiondakı hərbi fəaliyyəti nə qədər dəqiq olsa da, sivil ərazilərdə yerləşən hədəflərin vurulması riski həmişə mövcuddur. Belə hallarda ehtiyatsızlıq genişmiqyaslı etnik narazılıqlara və regiondaxili gərginliyin artmasına səbəb ola bilər. Azərbaycan tərəfinin narahatlığı bu kontekstdə həm real təhlükələrə, həm də geosiyasi balansı qoruma ehtiyacına söykənir”. 


Ekspert qeyd edib ki, bu tip müraciətlər eyni zamanda beynəlxalq ictimaiyyətə də bir mesajdır: 

“Münaqişə nə qədər lokal olsa da, onun nəticələri sərhəd tanımır. Həmçinin bu, Azərbaycanın öz soydaşlarını müdafiə etmək üçün diplomatik alətləri aktiv şəkildə işlətdiyini nümayiş etdirir. Azərbaycanın istəyi sadədir—münaqişə zonasında yaşayan dinc azərbaycanlıların həyatı riskə atılmasın. Bu təmkinli mövqe təkcə sabitlik üçün deyil, həm də regionun gələcək təhlükəsizliyi üçün zəruridir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 İyun 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri