Icma.az
close
up
RU
Milli Mətbuatımız 151 İllik İşıqlı Yolda

Milli Mətbuatımız 151 İllik İşıqlı Yolda

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də  əsasını qoyduğu "Əkinçi" qəzeti sadəcə bir informasiya daşıyıcısı deyil, həm də xalqın özünüdərk, maarifçilik və milli azadlıq məfkurəsinin manifesti idi. Bu gün 151 illik şərəfli və zəngin bir tarixi geridə qoyan Azərbaycan mətbuatı, ölkəmizin ictimai-siyasi və mədəni intibahının ən etibarlı güzgüsü olmaq missiyasını uğurla davam etdirir. Müasir dövrdə informasiya məkanının dinamik inkişafı, jurnalistikadan təkcə operativlik yox, həm də dərin analitik təfəkkür, yüksək bədii zövq və milli dəyərlərə sarsılmaz sadiqlik tələb edir.

Mətbuat sadəcə informasiya ötürücüsü deyil. O, sözün qüdrəti, musiqinin harmoniyası və ədəbiyyatın fəlsəfəsidir. Bir yazıçı kimi sözün cümlədəki çəkisinə, bir musiqişünas kimi cümlələrin daxili nəbzinə və nəhayət, bir jurnalist kimi faktın obyektivliyinə eyni anda bələd olmaq, bu sahəyə daha geniş prizmadan baxmağa imkan verir. Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin və Bəstəkarlar İttifaqının üzvü olan bir qələm adamı kimi tam məsuliyyətlə deyə bilərəm ki, müasir Azərbaycan mətbuatı  ən dinamik inkişaf dövrlərindən birini yaşayır. Çünki mətbuat elə bir orkestrdir ki, burada hər bir xəbər düzgün notlar üzərində qurulmalı və ədəbi dilin ən saf forması ilə cəmiyyətə təqdim olunmalıdır.

Keçən bu dövr ərzində Azərbaycan mətbuatı zəngin və şərəfli inkişaf yolu keçmiş, ictimai fikrin formalaşmasında, milli şüurun oyanmasında əvəzsiz rol oynamışdır. Mətbuat, öz mahiyyəti etibarilə, cəmiyyətin intellektual potensialını birləşdirən bir platformadır. Təsadüfi deyil ki, tariximizin ən parlaq dövrlərində mətbuat fəaliyyəti hər zaman ədəbiyyatla və incəsənətlə paralel inkişaf etmiş, bir-birini qidalandırmışdır. Bu kontekstdə, milli mədəniyyətimizin və ictimai fikrimizin üç əsas sütunu - Yazıçılar Birliyi, Jurnalistlər Birliyi və Bəstəkarlar İttifaqı mahiyyət etibarilə eyni ali məqsədə: xalqın mənəvi ucalığına və milli dəyərlərin qorunmasına xidmət edir.

Jurnalistika həm də bədii təfəkkürün, publisist qələmin gücündən bəhrələnir. Sözün obrazlılığı və intellektual çəkisi publisistikanı sadəcə xəbər olmaqdan çıxarıb tarixin yaddaş salnaməsinə çevirir. Lakin bu vəhdət yalnız sözlə bitmir. İctimai fikrin formalaşmasında və mənəviyyatın zənginləşməsində musiqinin rolu əvəzsizdir. Bəstəkarlar İttifaqının yaradıcı mühiti insana zamanın və məkanın fövqündə duran bir harmoniya duyğusu aşılayır. Musiqi -sözün bitdiyi yerdə başlayan ən ali dildir. Üzeyir bəy Hacıbəyli fenomeni bu sintezin ən parlaq tarixi nümunəsidir. O, həm dahi bəstəkar, musiqi mədəniyyətimizin banisi, həm qüdrətli dramaturq-yazıçı, həm də dövrünün ən kəsərli publisisti, mətbuat xadimi idi. Üzeyir bəy məktəbinin ənənələri bu gün də yaşayır və sübut edir ki, mədəniyyət və mətbuat bir-birindən ayrıla bilməyən vahid bir orqanizmdir.

Bu gün müstəqil Azərbaycan mətbuatı həm də ölkəmizin beynəlxalq müstəvidə mədəni diplomatiyasının, multikultural dəyərlərinin və haqq səsini dünyaya çatdıran ən kəsərli silahdır. Professional mətbuat fəaliyyəti təkcə gündəlik xəbər istehsalı deyil, həm də xalqımızın zəngin mədəni irsini, musiqi və ədəbiyyat tarixini beynəlxalq arenada layiqincə təbliğ etmək missiyasıdır.

Bu inkişafın və intibahın arxasında isə heç şübhəsiz ki, güclü dövlət iradəsi və davamlı dəstək dayanır. Bu dəstək mətbuatımızın müstəqil, qərəzsiz və beynəlxalq standartlara cavab verən bir təsisat kimi formalaşmasını sürətləndirir.

Mətbuat Günü, sadəcə bir peşə bayramı deyil, eyni zamanda milli təfəkkürün, və yaradıcı ruhun zəfəridir. Fərqli yaradıcılıq ittifaqlarının prinsiplərini bir amala xidmət etdirmək -dövlətçiliyimizin, milli mədəniyyətimizin və mənəvi intibahımızın sabahına atılan mühüm addımıdır.

151 illik ulu bir çinarın kölgəsində böyümək və onun işıqlı yolunun son 18 ilinə qələmlə şahidlik etmək... Hələ 15 yaşımda heyranlıqla başladığım bu dövri mətbuat səyahəti, bu gün 33 yaşımda mənim üçün artıq bir həyat tərzinə, ömrün yarıdan çoxunu əhatə edən kəsintisiz bir xidmət missiyasına çevrilmişdir. Bu işıqlı yolda eyni inam və sadiqliklə addımlamaq peşəkar  qürurumdur. Bu keçən illər ərzində qələmimin toxunduğu hər sətir, milli mətbuatımızın işıqlı ənənələrinə sadiqliyin və bu böyük irsə kiçik də olsa bir töhfə vermək amalının ifadəsidir. 

Bu işıqlı yol sadəcə keçmişin ayaq izləri deyil; o, zamanın özünü belə addım-addım dirildən elə bir canlı ruhdur ki, tarixin ən dərin sükutu belə bu gün toxunduğumuz hər sətirdə yenidən nəfəs almağa başlayır. Unutmaq olmaz ki, zamanın heç bir tufanı bu yoldan keçən sözün gücünü silə bilmədi; çünki bu sətirlər sadəcə anı qeyd etmir, gələcəyin yaddaşına elə köçürülür ki, qoyulan hər son nöqtə bir sonluq deyil, əbədiyyətin ilk sədasına çevrilir.

Media nümayəndələrinə göstərilən dövlət qayğısına görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz təşəkkürümü ifadə edirəm. Ölkəmizin tərəqqisinə xidmət edən YAP-ın gənc üzvlərindən biri kimi milli dəyərlərimizin qorunması yolunda bundan sonra da əzmlə çalışacağam. Milli Mətbuat Günümüz mübarək olsun! 


Aysel KƏRİM    
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 İyul 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri