Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Milli mətbuatımız “Əkinçi” ənənəsindən güc alır

Milli mətbuatımız “Əkinçi” ənənəsindən güc alır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qığılcımdan alov yarandığı kimi, bir udum azadlıq havası da əsarətdə qalmış millətin qəlbində nəfəsə çevrilir. Azərbaycanın ilk milli qəzetinin işıq üzü gördüyü 22 iyul 1875-ci il tarixi belə bir başlanğıc oldu. Xalqımızım milli oyanış nəbzi o dönəmdən “Əkinçi” ilə vurmağa başladı. Bu qəzet düşüncələrə oyanış toxumlarını səpdi, milli yaddaşda öyünclü izlər buraxdı.

XIX əsrin əvvəllərində milli aydınlarımız ana dilində qəzet buraxmağa cəhd etmişdilər. Bu özülü yaratmaq əsrin sonuncu rübündə Həsən bəy Zərdabiyə nəsib oldu. “Əkinçi” çar Rusiyasının azadlığını əlindən aldığı Azərbaycan türklərinin milli varlığını təcəssüm etdirdi. Bu qəzet təkcə maarifçilik ilə kifayətlənmir, azad və müstəqil düşüncəyə yol açan kimlik ideyasını da irəli sürürdü. “Əkinçi” milli qəzet kimi məmləkətin aynası olmağa çalışırdı. Amma senzuranın sərt küləkləri qaranlıqda yandırılan bu şamın üstünə zülmət əsdirirdi. “Əkinçi” isə usanmadan məktəbdən məhrum edilən uşaqlara müəllim, haqqı əlindən alınan məzlumlara nicat yolu göstərirdi. “Əkinçi”nin səpdiyi toxumlar “Ziya”, “Kəşkül” nəşrləri göyərtdi. “Əkinçi”nin missiyası öz bəhrəsini verməyə başlayırdı. 1881-ci ildə fəaliyyətə başlayan rusdilli “Kaspi” qəzeti də 1896-cı ildən milli mövqe qazandı, “Şərqi rus” ilk milli qəzet “Həyat”ı ərsəyə gətirdi.

XX əsrin əvvəllərində satirik “Molla Nəsrəddin” jurnalı azərbaycançılıq, elmi-nəzəri “Füyuzat” jurnalı “türkləşmək, islamlaşmaq, avropalaşmaq” ideyasını yaymağa başladı. 1915-cı ildə Məhəmməd Əmin Rəsulzadənin yaratdığı “Açıq söz” qəzetinin məslək yolunu ilk dövlət qəzeti “Azərbaycan” davam etdirdi.

1920-ci ilin 28 aprelində bolşevik işğalı “Azərbaycan” qəzetini qapatsa da, “Əkinçi”nin açdığı yolda milli mətbuatımız xalqa xidmətini açıq-gizli yollarla davam etdirdi. Amma hər qaranlıq gecənin aydın səhəri olur. Milli mətbuatımız da xalqımız kimi azadlığa SSRİ dağılandan sonra qovuşdu. KİV haqqında Qanunun qəbul edilməsi, senzuranın ləğvi ölkəmizdə söz və fikir azadlığına meydan açdı. 2021-ci ildə “Media haqqında” qanun söz azadlığının hüquqi bazasını yeniləşdirərək jurnalistikanı çağdaş dövrün tələblərinə uyğunlaşdırdı.

Azərbaycan milli mətbuatının yaranmasının 150 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 25 aprel 2025-ci il tarixli Sərəncamı azad sözə verilən yüksək dəyəri ifadə edir. Bu odeməkdir ki, informasiya əsrində də“Əkinçi” ideyaları yaşayır. Texnologiya dəyişsə də, məqsəd və yol dəyişməyib. Zaman mətbu sözü sınağa çəkir. “Əkinçi” ənənəsinə sadiq qalan milli mətbuatımız bu sınaqdan da üzüağ çıxacaq.

Nuranə QULİYEVA,
BDU jurnalistika fakültəsinin IV kurs tələbəsi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyun 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri