Icma.az
close
up
RU
Milli mətbuatımız belə başladı “Əkinçi”ilk sayında nə YAZIRDI...

Milli mətbuatımız belə başladı “Əkinçi”ilk sayında nə YAZIRDI...

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.

Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edir, müntəzəm məqalələrlə çıxış edirdilər. Lakin “Əkinçi”nin ömrü uzun sürmədi.

Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

Beləliklə, bu gün Azərbaycan milli mətbuatı 150 illiyini qeyd edir. 

Modern.az bu münasibətlə “Əkinçi” qəzetinin ilk sayında dərc olunan yazıları təqdim edir.

Qəzet çap olunur Qafqaz vilayətinin Badkubə şəhərində. Hər kəs elamnamələr və məktubat göndərmək xahiş etsə qəzeti çap etdirənin adına göndərsin. Bu qəzeti almaq xahiş edən kəslər qəzetin yuxarıda zikr olan qiymətini lazımdır qəzeti basdıranın adına göndərsinlər və öz adlarını və sakin olduğu yerlərini yazıb məlum eləsinlər. Bu qəzeti çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məlikzadə Zərdabi.

DAXİLİYYƏ

“Əkinçi” qəzetinin bina olmağının səbəblərindən o qəzeti çap etmək barəsində göndərdiyimiz elamnamədə danışdıq. Əlbəttə o səbəblərdən savay buna qyeri səbəblər də çoxdur. Amma onları burada ismən adlamaq məqdur deyil. Ona görə o səbəblərdən danışmağı lazım bilməyib xahiş edirik bu “Əkinçi” qəzetinin əvvəlinci nömrəsində o qəzetin məzmununda güftügu edək. Əkinçi qəzetində bu aşağıda adlanan fəsillər olacaqdır. Əvvəlinci fəsil daxiliyyə olacaqdır, yəni qəzetin münşisinin öz tərəfindən yazılan şeylər olacaqdır. İkinci fəsildə əkin və ziraət xəbərləri olacaqdır, yəni bizim ya qeyri vilayətlərdə olan əkinlərdən, onları əkib becərməkdən, onları əkib becərən vaxtda işlənən əsbablardan, əkin yerin şuxm etməkdən, əkin yerin qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, xülasə, əkindən və əkini biçib, götürüb qurudub döyüb saxlamaqdan danışıq olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan və mallardan əmələ gələn şeylərdən danışıq olacaqdır, yəni bizim və ya qeyri vilayətlərdə nə qism mallar saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr yaxşıraq əmələ gətirməkdən danışıq olacaqdır. Üçüncü fəsildə elm xəbərləri olacaqdır, yəni elm və imtahan yolu ilə aşkar olanb, məsələn insanın bədəninə və malına nəfi olan xəbərlərdən danışıq olacaqdır. Dördüncü fəsildə təzə xəbərlər olacaqdır və bu təzə xəbərlər bir neçə qisim olacaqdır. Əvvəla, ticarət xəbərləri olacaqdır, yəni bizim vilayətimizdə və ya qeyri vilayətlərdə bir şey, məsələn, buğda filan şəhərdə və ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər verəcəkdir. Sani, bizim Rusiya dövlətinin və qeyri dövlətlərin politika xəbərlərindən danışıq olacaqdır, yəni padşahların və onların vüzəralarının aralarında olan danışıqlardan dövlətlər arasında olan cənglərdən xəbər verəcəkdir. Salis, Rusiya dövləti tərəfindən öz tabelərinə sadir olan hökmlərdən xəbər verəcəkdir.Rabe, bizim kənd sudlarında ya miravoy sudda və ya okrujnoy sudda qət olan işlərin ümdəsinin qətnaməsi olacaqdır. Xamis, yuxarıda zikr olan xəbərlərdən savayı hər bir vilayətdə aşkar olan məşhur naxoşluq ya yanqu, ya oğurluq və ya qeyri qisim xəbərlərdən danışıq olacaqdır.

Bu məzmunda qəzeti müsəlmanlar üçün vacib bilib onun zəhmətini və zərərini qəbul edib başlayırıq və müsəlmanların anlıyan və pişrov kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə səy etsinlər ki, onu oxuyan çox olsun. Bu təvəqqei anlıyan kəslərdən elədəyimizə səbəb odur ki, bizə məlumdur bizim müsəlmanlar həmişə öz anlıyan kəslərini əziz tutub onların sözlərinə əməl ediblər. Əlbəttə, anlıyan və pişrov kəslərə lazımdır ki, xalqın bu etibarına xəyanət etməyib onun gözləri açılmağa səy və kuşeş etsinlər. Dünya bir şeydir ki, həmişə dövran edir və insane bu tövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir deyirlər, zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olginən.  Pəs olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olsun. Bizim zəmanənin dəyişilməyi, əlbəttə, hər anlıyan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər. Onların belə irəli getməyinə mane olmaq, yəni onların keçən zəmanənin qaydası üzrə saxlamaq məsləhət deyil, ona görə ki, yolu onlar bizsiz də gedəcəklərdir. Pəs bizim anlıyan və pişrov kəslərə eyni məsləhətdir bu yolu onlar ilə bir yerdə getsinlər, ta ki onların tez tərəqqi etməyinə səbəb olsunlar və buna görə gələcəkdə həmçinin onlara pişrov olsunlar.

İKİNCİ DAXİLİYYƏ

Gələn təzə ildən alış-veriş və qeyri dadistədlər xərcinin qərardadı bizim Qafqaz vilayətində qoyulacaqdır. Bu hökmü polisə xalqa məlum edibdi. Bu barədə bizim xalqın arasında hər bir qisim xəbərlər vardır. Kimi deyir ki, bu xərci qoymaqdan murad budur ki, bizlər öz vilayətimizi qoyub baş götürüb başqa vilayətlərə gedək. Kimi deyir ki, Badkubəyə gələn dəmiryolu təmir etməyə on minə qədər fəhlə lazımdır. Çünki o qədər fəhlə tapmaq çətindir, ona görə bu qərardadı qoyurlar ki, xalq öz dadüstədini qoyub o yolda fəhləlik eləsin. Xülasə, xəbər çoxdur, onun bəzini heç qələmə salmaq məqdur deyil. Əlbəttə, bu xəbərlərə səbəb odur ki, bizim adamın bu qərardaddan xəbəri yoxdur.

Hər kəs öz təsəvvürünü əqəliyyən danışır və bu danışıq ağızdan-ağıza düşüb Koroğlu nağılı kimi nağıl olubdur ki, bu nağılı öz əslinə heç şəbahəti yoxdur. Bu səbəblərə görə bizim borcumuzdur ki, bu barədə xalq ilə danışıq edək. Əvvəla, bunu oxuyan, sizdən bir sual edim: əgər bir kəsin bir külfəti ola və bu külfət də bir atadan doğulmuş iki oğul ola , o vaxtda heç insafdırmı ki, oğlun birisi zəhmət çəkib pul qazanıb öz ata və anasını , öz qardaşını saxlasın. Əlbəttə, bu qardaş tifl olsa, ya naxoş olsa, onu saxlamaq bizim borcumuzdur. Amma o cavan olub əlini işə vurmayan zaman hər kəs belə qardaşı ya gərək başdan eləsin, ya da onu işlətsn.

Bir neçə ildir ki, Rusiya dövlətinə tabe olmuşuq və buçağadək bizim ticarətimiz qədim sayaq olan kimi olubdur, amma Rusiya dövlətinin öz əhli zikr olan xərci çox zamandır ki, verir. Məzkur qərardad qoyulan on ildir və bu on ildə biz o xərci verməmişik. Əgər biz özümüzü Rusiya dövlətinə tabe edirik belə olan surətdə Rusiya dövləti öz əhli ilə elədiyi rəftarı bizim ilə də eləsə o vaxtda bizim üçün məqami-şikvaya narazılıq yoxdur. Sani, heç bir qərardadda məqdur deyil ki, hər bir şeyi ismən adlıyasan. Məsələn, zikr olan qərardadda məqdur deyil ki, adı ilə deyilsin ki, filan işi görən adam ya filan maya ilə ticarət edən adam bu qədər xərc versin. Bu səbəbə zikr olan qərardadı qoyan kəs hər bir dadistədləri bir neçə qism edib hər bir qismə bir xərc qoyub. Məsələn, hər bir malı arşın ilə ya çəki ilə satmağa bir xərc qoyulub. Əgər bir kəs əlli ya altmış min manat ilə və bir qeyri kəs min manat ilə arşın malı satır isə qərardadı qoyan kəsdə təqsir yoxdur ki, bu min manat mayası olan kəs də altmış manat xərc verəcəkdir. Doğrudur bezi arşın ilə satıb altmış manat xərc verməyin nəfi azdır, amma əlli min manat mayası olan kəsə bu tövr ticarət artıq nəf edir, onun üçün altmış manat artıq xərc deyil. Pəs, min manat mayası olan kəs, sənin dad etməyin nə lazım. Bezi arşın ilə satmağının xərci çoxdur, bez satma min manat ilə elə alış-veriş et ki, onun xərci az olsun və ya heç olmasın.

Bu məsəli fikirlə oxuyan kəs görər ki, hər bir tərəfdən gələn xərc artıb, cəbr artıb sədası doğru deyil. Əlbəttə, xərc var. Onun varlığına söz yoxdur. Amma elə artıq deyildir ki, xalqa çox cəbr olsun. Məgər insafdan deyildir ki, bizim Badkubənin on ildə yüz min manat qazanan kəsləri ildə altmış manat xərc versinlər. Bu xərc ki, genə bizim özümüzə məsrəf olacaqdır, o xərclərlə məktəbxanalar açılır və qeyri xalqa lazım olan işlər görünür, pəs bu səbəbə bu xərc qoyulmaqdan fəqir-füqəraya nə ki cəbr yoxdur, bəlkə artıcaq mənfəət var.

Şimdi qərardadın özündən danışaq. Bu qərardadda yüz otuz doqquz fəsil var. Əlbəttə, onu tamma qəzetdə çap etmək məqdur deyil. Məzkur qərardadı biz öz türk dilimizə tərcümə etmişik və əgər məqdur olsa, bu yavıq zamanda onu əlahiddə çap edəcəyik. Ona görə burada onun məzmunundan müfəssəl güftügu edək. Məzkur qərardada görə dadistəd edən kəslər üç yerə təqsim olunur: əvvəlinci qism dadistədləri edənlərdə, yəni pervoy gildilərdə ixtiyar var, əvvəla, Rusiya və qeyri dövlətlərin mallarını Rusiyanın hər bir yerində yük ilə , tay ya top ilə satsın və bu malları satmaqdan ötrü lazım olduq qədər də kontorlar və anbarlar bina etsin. Sani o şəhadətnamə verilən uyezdin şəhərində və kəndlərində istədiyin dükanlar və mağazinlər açıb Rusiya və qeyri dövlətlərin tamojnıdan keçmiş malını arşını ilə və çəki ilə satsın. Həmçinin onun ixtiyarı var zikr olan uyezdə hər bir qisim dadüstəd üçün lazım olan yer saxlasın və karxanalar və zavodlar açsın. Amma lazımdır ki, hər dadistəd olan yerə bir əlahiddə bilet alsın. Salis hər podrata girə bilir və nə qədər mal istəsə özü üçün ya özgə üçün ala bilir və hər icarəyə girə bilir. İkinci qism dadistədləri edən kəs şəhadətnamə aldığı uyezdin şəhərində ya kəndlərində istədikcə dükan və mağazin saxlayıb Rusiya və qeyri dövlətin gömrüklənmiş mallarını arşın ilə ya çəki ilə sata bilər, həmçinin o uyezdə lazım olduqca karxana və zavod və qeyri dadistəd olan yer aça bilər. Mal alıb aparıb gətirə bilir və hər icarəyə girə bilər. Amma bu şərt ilə ki, hər podratı ya icarənin qiyməti on beş min manatdan artıq olmasın. Hər karxana ya zavod saxlayan kəs əgər bu karxanada ya zavodda maşın ya qeyri əsbablar par ilə, yəni vtoroy gildi şəhadətnaməsi alsın və belə karxanalar və zavodlar saxlayan kəslər öz karxanalarından və zavodlarından əmələ gələn şeyləri yük ilə ya boçka ilə öz karxanası və zavodundan ya kənarda kantor ya ambar açsa,o vaxtda əvvəlinci qism ticarət şəhadətnaməsi alsın. Əgər əvvəlinci və ikinci qism ticarət şəhadətnaməsi ya xırda ticarət şəhadətnaməsi alan kəs xahiş edə ki, o şəhadətnamə verilən uyezddən qeyri uyezddə də dükan açsın ya karxana, ya zavod bina eləsin, o vaxtda lazımdır bu qeyri uyezd üçün müəyyən olan qiyməti verib əlahiddə şəhadətnamə alsın. Üçüncü qism ticarət, yəni treti gildi bir neçə yerə təqsim olunur: onların əvvəlincisi xırda ticarətdir ki, bu xırda ticarət şəhadətnaməsini alan kəsdə ixtiyar var, əvvəla, o şəhadətnamə verilən uyezddə dörd dükan açsın və bu dükanlarda əlahiddə siyahıda adlanan şeyləri satsın. Bu siyahıları müəyyən etmək vagüzar olunub cənab veliki knyaz sərdari-Qafqaziyaya ya bu dörd dükanın əvəzində dörd karxana ya dörd zavod saxlasın ki, bu karxanalarda ya zavodlarda olan əsbablar par ilə ya su ilə işləməsin və onlarda on altıdan artıq fəhlə olmasın. Hər dadistəd olan yerə bir əlahiddə bilet almaq gərək. Saniyən, podrata və icarəyə girə bilər, amma bu şərt ilə ki, podratın ya icarənin qiyməti min iki yüz manatdan artıq olmasın. İkincisi yük ilə arşın malın və ya qeyri malları şəhərdən kənarda gəzdirib satmaqdır., Dördüncüsü, meşşanlıq, yəni sınıqkarlıqdır. Beşincisi, amillikdir. Hər kəs öz yerindən əmələ gələn şeyləri qeyri dövlətlərə satmağa apara bilər, amma özgələrin yerlərindən əmələ gələn şeyləri alıb ambara yığıb sonra qeyri dövlətlərin yerinə satmağa göndərmək üçün gərək əvvəlinci qism ticarət şəhadətnaməsi olsun.

Hər kəs qeyri dövlətlərin yerində mal ala bilər, amma o malı Rusiyada yük ilə, tay ilə ya top ilə ancaq əvvəlinci qism ticarət edən sata bilər. Belə malı ikinci qism tüccar özü arşın ilə ya çəki ilə satmaq üçün  ala bilər. Gələn səfər xərclərdən və xərcsiz olunan dadistədlərdən danışacağıq.

TƏZƏ XƏBƏRLƏR

İtaliyadan və Firəngistandan xəbər var ki, bu il dağ və sərin olan yerlərdə barama çox olub, amma onların çoxu xarab olduğuna, onlardan ipək az çıxıb. Bu səbəb bu il ipək keçən ildən az olacaq.

Bu il Avropada və Amerikada buğda az olmaq səbəbi ilə gərək bizim buğda artıq qiymətə getsin.

Peterburqda iyul ayının səkkizində şam piyinin boçkası 26 manat, neftin cövhəri 2 manat, əla inək yağı 8 manat, alçaq yağ 6 manat. Arpa və buğda bahalanıbdır, buğdanın çetveri 11 manat 70 qəpik, arpanınkı 4 manat 20 qəpik.

Bu il Misirin xədifi Darfor mülkünü alıb, onun soltanı Həsəbalını əsir edib. Keçən ayda soltan Həsəbalını onun üç yüz üryan həbəşi övrətləri ilə gətirib, İskəndəriyyədə xıdifi-Misrə təəllüq olan Darüləhmər imarətində sakin ediblər.

Xədifi-Misir Darfor mülkünü təsəffür etdiyinə binaən Osmanlı dövləti Misirdən artıq xərc istəyir. Bu barədə xədifin əvvəlinci vəziri Nubar paşa İstanbula danışığa gedib.

Qəzetlərdə belə bəyan olunur ki, xədifi-Misir Darfor məmləkətini təsərrüf edib, o məmləkətin sərhəddində vaqe olan Vaday mülkünü də zəbt etmək istəyir.

Zakona müvafiq natarius təsdiq edən vəkalətnamə iki qism olur. Birisi gerbovoy və birisi sadə, yəni ağ kağız üstə yazılır. Əvvəlinci qism vəkalətnaməni natarius gərək öz dəftərinə səbt etsin. Ona binaən bu vəkalətnaməni təsdiq etmək üçün o vəkəlatnaməni təsdiq elədən kəs gərək natariusa bir manat pul versin, amma sadə kağız üstə yazılan vəkalətnaməni natarius iki qism təsdiq edə bilir. Əgər vəkalətnaməni təsdiq edən kəs xahiş edə ki, vəkalətnamənin məzmunu dəftərə salınsın, ol vatda gərək natariusa genə bir manat versin. Elə ki, ol kəs xahiş elədi ki, natarius ancaq onun dəst-xəttini təsdiq etsin, ol vaxtda bel dəst-xətti təsdiq etməkdən ötrü natariusa iki şahı, yəni on qəpik gərək versin.

Keçən may ayınnı beşində Peterburqun okrujnoy sudunda prokrorun sekretarı Maslyankovun ərizəsinə mülahizə olunub. Bu ərizədə Maslyankov bəyan edib ki,natarius Yankin ağ kağız üstə vəkalətnamənin dəst-xəttini təsdiq etməkdən ötrü ondan bir manat pul alıb və vəkalətnaməni dəftərə səbt edib. Amma Maslyankov təvəqqe eləmiş olub ki, ancaq onun dəst-xətti təsdiq olunsun. Bu səbəbə ərizəçi təvəqqe edib okrujnoy sud Yankindən doxsan qəpiyi alıb ona versin və ondan savayı natarius artıq pul almağa binaən zakona müvafiq ona tənbeh olunsun. Bu ərizənin cavabında Yankin cavab verib ki, zakon natariusa izin verib hər bir kağızı təsdiq elədən kəs ilə şərt bağlansın və bu şərtə görəpul alsın, çünki ərizəçi vəkalətnamə təsdiq olunandan sonra bir manat verib, dəftərə qol çəkib, vəkalətnaməni alıb, bundan belə məlum olur ki, Maslyankov o bir manatı verməyə razı olub. Ona binaən təvəqqe edib ki, Maslyankova atkaz olunsun. Okrujnoy sud qət edib: natarius Yankinə hökm olunsun ki, Maslyankovdan artıq alınan doxsan qəpiyi qaytarıb Maslyankova versin.

Bu iyul ayının əvvəlindən Rusiyada keçən zaman işləyən iyirmi və yetmiş qəpiklik və bir manatlıq gerbovoy kağızlarının əvəzində əlahiddə kağızlar və markalar işləyir. Ona binaən-hökm ali olub ki, hər kəs keçən zamanın gerbovoy kağızını saxlamış isə, kağızları kazonnı palatda təzə kağız və markaya bir illik müddətinəcən dəyişdirə bilər.

“Moskovski vedomosti” adlı qəzet bəyan edir ki, padşahlıq mülklərinin vəzirinin dəftərxanasında balıq tutmaq barəsində təzə qanun bina olunacaq. Bu qanun Rusiyanın qiblə tərəfində və Qafqazda işləyəcək.

Səmərqəndin yavıqlığında vaqe olan Əfrasiyab düzündə general Abramovun hökmünə binaən yerin altında qədim şeylər axtarırlar. “Birjavoy Vedamost” adlı qəzet bəyan edir ki, buçağadək  10 qızıl, 200 gümü, 500 mis sikkə tapılıb. Ondan savayı bir neçə qədim möhürlər, üzdiklər və sırğalar tapılıb. Bunlardan masəva Abramov otuz qədim yazma kitab satın alıb.

Keçən iyun ayının 13-də Firənistanın qiblə tərəfindən vaqe olan Qurunna adlı çay daşıb, bir neçə depertament, yəni quberniya onların şəhərlərilə belə ki, Tuluz adlı şəhər də o cümlədən olsun, qərq edib. Bu seldən 3000 adam fövt olub və 300000000 franka qədər ki, hər frank otuz qəpik olsun, zərər olub.

Osmanlı dövlətilə İran dövlətinin sərhəd barəsində mübahisələri bu günə olub:1840-cı sənəddə Ərzrum şəhərində yazılan sülhnaməyə görə məzkur dövlətlərin sərhəddi ,Şat nəhri, yəni Şat çayı olub. Ol sülhə görə Şat nəhrinin içində olan Məxməri cəzirəsi və o cəzirədə vaqe olan Məxməri şəhəri İran dövlətinin əlində qalıbdır.Çünki Şat nəhri cari olan yer qumustandır, ona binaən sülhdən sonra Şat çayı zikr olan Məxməri cəzirəsini yuyub, bilmərrə aparıbdır. Şimdi Şat nəhri cari olduğu yer irəliki yer deyil, o nəhr bir qeyri yerdən cari olur.Bu təzə Şat axaq yer ilə qədim axdığı yerlərin arasında əmələ gələn yer üstə mübahisədir. Bu yerin təxmilə tulu 35 və ərzi 2 ağacdır.Bu mübahisəni qət etməkdən ötrü məzkur dövlətlər tərəfindən müəyyən olan komissiya o mübahisəyə baxıb. Şimdi qəzetlərdə söylənir ki, komissiyanın təsəvvürünə görə mübahisənin qət olmadığı Avropa padşahlarının birisinə rücu olunacaq ki, onun qətnaməsinə hər iki tərəf razı olsun. Xəbər gəlir ki, Osmanlı bu əmrə razı olub, amma İran razı olmağı məlum deyil.

“Novosti” adlı qəzet yazır ki, Rusiyada bir icma bina olacaq. Məzkur icmaın qərərdadı dövlət təsdiq etməyə pişnəhad olub. İcmanın ismi müsəlman icmaıdır. Onun calisləri müsəlmanlardan olacaq, 1200 adam calis olmağa razı olublar. Onların 180-ı mədyun olub ki, ildə yüz manatdan tutmuş iki yüz manata qədər versinlər. Məzkur icmaın muradı budur ki, Osmanlıya gedən müsəlmanlar geri qayıdıb, Rusiyaya gəlmək xahiş etsələr, onlara kömək etsin, yəni yol kirayəsi versin və onlar Rusiyaya daxil olandan sonra özlərinə iş tapıncan onlara kömək etsin.

Zəngibar hökumətinin soltanı Berqaş bin Səid bu halda Avropada səfər edib, Firəngistanın paytaxtı Parij şəhərindədir. İstanbuldan xəbər var ki, soltan Berqaş öz vilayətinə qayıdan vaxtda Məkkə və Mədinəni ziyarət edəcəkdir. Soltani-Osmani öz imarəti Dolmabaxçanı hazır edib, soltan Berqaşı özünə, yəni İstanbula qonaq çağırıb. Çünki soltan Berqaş Məkkəyə İstanbuldan gedəcək və özü vəhabi olduğuna müsəlmanlar onun ziyarətindən narazı olacaqlar. Bu səbəbə ço intizarlıq ilə gözümlüyürlər görək ki, soltani-Osmanı həmişə Məkkədə əsgər saxlayıb ziyarət edənlərə kömək edir öz qonağı soltan Berqaşı nə tövr ilə Məkkəyə yola salacaq. Qəzetlərdə belə söylənir ki, soltan Berqaş vəhabi də olsa, ona ümid var soltan Əbdüləziz əsgər və top-topana ilə yola salsın.

Bu il Bonna şəhərində xaçpərəstlərdən əmələ gələn icma məclis edəcək, o məclisdəxaçpərəstlərin məzhəbini bir etmək barəsində danışıq olacaq. Şimdi hər xaçpərəst dövləti öz vəkilini o məclisə göndərir. Osmanlı təsərrüfündə olan Belqrad şəhərində xəbər var ki, o şəhərin knyazı məzkur məclisə öz tərəfindən Sadə adlı keşişi göndərəcək.

Badkubədə neftin xalvarı,yəni iyirmi pudu 1 manat 50 qəpikdən tutmuş 2 manat 50 qəpik, neft cöbhərinin pudu boçkasız 65 qəpik, boçka ilə 1 manat.

Buğdanın xalvarı, yəni iyirmi beş pudu 5-dən 16 manat 50 qəpik, arpanın 8 manat, düyünün pudu 18 şahı, mal ətinin əlasının girvənkənəsi 6 qəpik, alçağının 5 qəpik, fındığın girvənkəsi 12 qəpik, qozun 4 qəpik, noxud 3 qəpik, qara kişmiş 6 qəpik, sarı kişmi 8 qəpik, qaysı 2 şahı, stiarin şamı 5 şahı, qəndin pudu 8 manat 2 abbası, yunun pudu 3 manat, pambığın 5 manat 50 qəpik.

ELAN

Badkubə şəhərinin “Qafqaz” adlı müsafirxanasında sakin olan Tatosov adlı şəxs hər bir işə vəkil olur və hər bir iş barəsində müftə məsləhət verir.

Badkubənin çöl şəhərində Şirvan yolunun kənarında təzə təmir olunmuş birmərtəbə ev firuş olur. Xahiş edən kəslərdən iltimas olunur ki, ol evin sahibinin ismini “Əkinçi”nin münşisindən soruşsunlar.

Krasilnikov öz müştərilərinə məlum edir ki, sabah onun maqazini Birun şəhərə sobraniyanın müqabilində olan Lalayevin karvansarasına köçəcək.

Birun şəhərdə bulağın müqabilində Krasilnikovun karvansarasında İtaliyadan gələn Bastiyan adlı kəs mərmər daşından və qeyri daşlardan təmir olunmuş şeylər və həmçinin balıqqulağı və onlardan qayrılmış şeylər firuş edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 İyul 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see151

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see147

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see140

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see128

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see128

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see123

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see119

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see119

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see118

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see118

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see118

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see118

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see118

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see117

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see117

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see116

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see116

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see115

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see113

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri