Icma.az
close
up
RU
Milli mətbuatımızın təməl daşı Əkinçi

Milli mətbuatımızın təməl daşı Əkinçi

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Milli mətbuatımızın qaranquşu olan "Əkinçi" qəzetinin yaranmasının 150 ili tamam olur. Düz əsr yarımdır görkəmli ziyalı, böyük maarifçi Həsən bəy Zərdabinin əsasını qoyduğu bu mətbu nümunəsi son dərəcə çətin bir mühitdə, ağır sınaqlarla üzləşib və bu maneələri mübarizəsiylə dəf edib, fəxarət duyulası şərəfli, uğurlu bir yol keçib. Həqiqət carçısı kimi dövrün, zamanın güzgüsü funksiyasını layiqincə yerinə yetirib, içtimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi həyatın dolğun salnaməsinə çevrilib. Yarandığı gündən mütərəqqi ideyaların təbliği ilə cəmiyyət həyatının aydınlığına ,saflığına işıq tutub, xalqın maariflənməsinə, ictimai-siyasi fikrin formalaşmasına stimul verib. Hərtərəfli inkişafın, tərəqqinin sürətində mühüm rol oynayıb.

Bu mənada, ümummilli liderimiz Heydər Əliyevin: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir” kəlamını xatırlamağımız da yerinə düşər. Yeri gəlmişkən qeyd edək ki, milli mətbuatımızın inkişafı ulu öndərimizin daim diqqət və qayğısı əhatəsində olub. Mətbu orqanlarının maddi-texniki bazalarının gücləndirilməsi, yaradıcılıq mühitinin yaradılması, qələm adamlarının rifah halının yaxşılaşdırılmasınacan nə mümkünsə edilib.

Bütün bunlar, həmçinin, kommunikasiya texnologiyalarının sürətli inkişafı və onların milli mətbuatımıza tətbiqi bu sahənin moderinləşməsinə, yüksəlişinə stimul verib. İnam və böyük qürurla deyə bilərik ki, mətbuatımıza diqqət və hərtərəfli qayğı bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevın qayğısı sayəsində istər yazılı, istərsə də elektron kütləvi informasiya vasitələri özünün yüksəliş mərhələsini yaşayır. Və elə bu templə də cəmiyyət həyatına nüfuz edib ümumi inkişafa, tərəqqiyə öz layiqli töhfələrini verir.

Ölkə başçımız İlham Əliyevin bu ilin aprel ayında Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi barədə imzaladığı sərəncam da müstəsna əhəmiyyətli hadisə kimi təqdirəlayiqdir. Bu, eyni zamanda söz sənətinə, maarif və ictimai düşüncənin formalaşmasına xidmət edən yaradıcı insanların, dövrün, zamanın salnaməsini yaradan qələm sahiblərinin fəaliyyətinə, əməyinə verilən yüksək qiymətin, ehtiramın bariz nümunəsidir. Eləcə də, milli özünüdərk, tarixi yaddaş və milli kimliyin qorunması yönündə də dəyəri ölçüyəgəlməz qayğının göstəricisidir.

Bəli, dərin köklərə, tarixi ənənələrə, milli -mənəvi dəyərlərə söykənən Azərbaycan mətbuatı bütün dönəmlərdə xalqımızın maariflənməsində, mədəni-mənəvi yüksəlişində mühüm rol oynayıb. Yarandığı gündən şüurlarda inqilabi rezonans yaradıb, xalqı cəhalət və xurafat məngənəsindən xilas edib elmə, təhsilə yönəltməklə tərəqqiyə səsləyib, saf məfkurə, parlaq amalla bu yolda fədakarcasına irəliləyib. Bu nəcib, ümdə və müqəddəs missiyanın banisi isə dövrünün görkəmli maarifpərvər ziyalısı Həsən bəy Zərdabi olub. Ölkə Prezidentinin imzaladığı sərəncamda vurğulandığı kimi, 150 il əvvəl-1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi –publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “ Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, milli oyanışın, özünüdərkin yaranmasına, içtimai-siyası şüurun, eləcə də, bədii fikrin daşıyıcısı olan mütərəqqi jurnalist nəslinin yetişməsinə töhfələr vermişdir.

H. B.Zərdabi sonralar, daha doğrusu, 1905 - ci ildə "Həyat" qəzetində yazdığı" Rusiyada əvvəlinci türk qəzeti" adlı məqaləsində bu şərəfli missiyanı necə və hansı çətin şəraitdə yerinə yetirdiklərini bütün çalarları ilə açııb göstərib. Məqaləsində böyük yanğı ilə qeyd etdiyi:"... Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır..." ifadələri onun çəkdiyi əzabları, iztirablarını da dolğunluğu ilə göstərir. Beləcə, son dərəcə mürəkkəb ictimai- siyasi proseslər burulğanında, cəhalət və nadanlığın tüğyan etdiyi bir mühitdə öz ana dilində milli mətbuat yaratmaq, onu yaşatmaq, xalqa, millətə sevginin göstəricisi olmaqla H.B. Zərdabinin bu sevgidən qaynaqlanan qüdrətli iradəsini, əzmini də təzahür etdirir. Sarsılmaz inam, monolit iradə sayəsində təməli qoyulan milli mətbuatımız sonrakı illərdə daha da şaxələndi, genişləndi.

Görkəmli maarifçinin başladığı müqəddəs missiya dövrün işıqlı zəka sahibləri, maarifpərvər ziyalıları tərəfindən uğurla davam etdirildi. Müxtəlif ünvanlarda ayrı-ayrı adlarda yeni-yeni mətbu orqanları yaradıldı. Onlar milli oyanış prosesinin aparıcı ideoloji tribunalarına çevrildi, ümummillis məfkurənin, ideologiyanın daşıyıcı funksiyasını layiqincə yerinə yetirdilər. Müstəqilliyimizin bərpasından, xüsusən də ,ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra milli mətbuatımızın da önündə yeni üfüqlər açıldı.

Ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması, demokratik dəyərlərin, o cümlədən, söz və mətbuat azadlığının, fikir plüralizminin vüsəti mətbuatın da inkişafına stimul verdi. Diğər sahələr kimi mətbuatımız da dövlətin diqqət və qayğısı sayəsində yeni yüksəliş mərhələsinə qədəm qoydu. Kütləvi informasiya vasitələrinin maddi -texniki bazalarının gücləndirilməsi səmərəli fəaliyyətləri üçün münbit şərait yaradıldı. Ümummilli lider H. Əliyevin sərəncamı ilə ”Əkinçi" qəzetinin fəaliyyətə başladığı 22 iyul tarixi Milli Mətbuatın yaranma günü kimi qeyd olunmağa başladı.

Milli mətbuata qayğı Prezident İlham Əliyevin də daim diqqətində olduğu prioritet məsələlərdən olub. 2009 -cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiyaların İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, dövlət orqanları və ictimaiyyətlə mətbuat əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən Milli Mətbuat Şurasının yaradılması da bu diqqətin, qayğının təzahürüdür. Bu sırada jurnalistlərə, qələm adamlarına diqqət və qayğı da təqdirolunası fakt kimi vurğulanmalıdır.

Bu gün ölkəmizdə yüzlərlə qəzet, jurnal, onlarla televiziya, radio kanalları, elektron informasiya vasitələri fəaliyyət göstərir. Qloballaşma prosesinə təkan verən çoxşaxəli media məkanı cəmiyyət həyatının bütün sahələrinə işiq tutur, ən aktual mövzularla dünya arenasına Azərbaycan gerçəkliyini çatdırır. Bu mənada , ölkə Prezidenti İlham Əliyevin 2021- ci il 12 Yanvar tarixində imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" fərman da bu sahənin inkişafına yeni imkanlar yaradıb. 150 yaşlı Azərbaycan mətbuatı haqqında söz açmışkən bu möhtəşəm salnaməni yaradan fədakar jurnalistər barədə də danışmağımız yerinə düşər. Belə ki, milli- mənəvi dəyərlərə sadiq jurnalistlərimiz pak məfkurə işığında öz missiyalarını ləyaqətlə yerinə yetirirlər. Onlar ictimai-siyasi, sosial-mədəni proseslər fonunda Azərbaycan gerçəkliklərini tarixi yaddaş salnaməmizə yazmaqla, operativ olaraq dünya ictimaiyyətinə də məqamında çatdırırlar.

Bu, istər birinci, istərsə də ikinci Qarabağ müharibəsi zamanı özünü dolğun şəkildə təzahür etdirib. Bu yöndə əsil vətənpərvərlik nümunəsi nümayiş etdirib örnək olası media nümayəndələrimiz, hətta qəhrəmanlıq edib şəhidlik zirvəsinə ucalan jurnalistlərimiz də az olmamışdır. Onlar arasında Milli Qəhrəmanlarımız Salatın Əsgərova, Cingiz Mustafayevin göstərdikləri peşəkarlıq rəşadəti, müharibə dövrü jurnalistikası üçün bir məktəb kimi təqdirəlayiqdir. Onların müharibənin dəhşət saçan od-alovu işərisində ölümün gözünə dik baxıb erməni vəhşiliklərini dünyaya bəyan etmələri , əliyalın dinc əhaliyə qarşı insana xas olmayan amansızlıqlara göz yummamaları xalq qarşısında misligörünməmiş vətənpərvərlik nümunəsidir. Eləcə də , 2020 -ci ildə Vətən müharibəsinin ilk anlarından jurnalistlərin cəbhələrdə fəaliyyətləri, ədalətli savaşımızın hamıya çatdırılmasında xidmətləri fəxarət duyduğumuz rəşadətin parlaq təzahürü idi. Onlar şəhidlərin, qazilərin qəhrəmanlıqlarını dolğunluğu ilə yazılı salnaməmizdə tarixləşdirdilər. Yeri gəlmişkən, o zamanlar bütöv media nümayəndələrinin müsəlləh əsgər olub qələbə ruhuna köklənərək etdikləri fədakarlıq da vurğulanmalıdır.

Həmin vaxtlar bir tele-jurnalist kimi bu tarixi salnamənin yazılmasının şahidi olmağım, az da olsa əməyimin keçməsi səbəbi ilə qürur yaşamışam. Şəhid övladını qarşılayan valideynlərdən müsahibə alarkən onların göz yaşlarını içlərinə axıdıb qürürla" Vətən sağ olsun! nidalarından, qələbə sevincləri ilə öyünmələrindən fəxarətli olduğum vaxtlar az olmayıb. Şəhid ailələrinin övladlarının haqq savaşı uğrunda şəhidlikləri ilə təsəlli tapmaları, Ali Baş Komandanın" Dəmir Yumruq" hərəkatı adı altında ümumxalq birliyinin tarixi zəfərə yol açması əsrlər boyu milli yaddaş saxlancı olan mətbuat nümunələri- qəzet və jurnal səhifələrində, kütvəvi informasiya vasitələrinin fondlarında qalıb nəsildən - nəsilə ötürüləcək.

Bəli, bu mənada jurnalist peşəsi, son dərəcə çətin, məsuliyyətli, çətin olduğu qədər də şərəfli və ləyaqətli sənətdir. Azərbaycan media nümayəndələri bu gün də Vətən, yurd sevgisiylə zamanın tarixi salnaməsinin yeni səhifələrini dolğunluqla yazmaqda davam edirlər. Bu səhifələrdə günün ən aktual hadisələri, eləcə də igid oğulların qanları, canları bahasına işğaldan azad etdikləri torpaqlarda aparılan genişmiqyaslı quruculuq, abadlıq, bərpa işləri, 30 illik həsrətdən sonra doğma yurdlara gerçəkləşən böyük qayıdış hadisələri parlaq ifadəsini tapır. Bu müqəddəs missiya 150 illik yubileyini qeyd edəcəyimiz "Əkinçi" qəzetindən başlayan yolun davamıdır. Bu tarixi yol qaranlıqdan işığa, cəhalətdən aydınlığa, durğunluqdan tərəqqiyə, inkişafa, maarifçilikdən elmi yüksəlişə, yeni-yeni zəfərlərə doğru marafondu, yürüşdü. İstiqaməti zirvəyə, yüksəlişə, inkişafa, tərəqiyyə tuşlanan , media marafonu mətbuatımızın banisi H. B.Zərdabinin açdığı cığır , geniş koordinatla şaxələnib milli yaddaşımızın möhtəşəm salnaməsini zənginləşdirməkdədir. Yolumuz nurlu, qələmimiz iti,məramımız saf, gələcəyimiz daha aydın və uğurlu olsun!

Adilə Səfərova ,Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 İyul 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see275

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see272

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see259

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see239

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see239

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see229

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see214

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see213

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see210

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see206

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see203

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see197

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see185

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see183

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see181

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see178

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see170

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see164

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see164

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri