Icma.az
close
up
RU
Milli mübarizə və azadlıq yolunun başlanğıcı

Milli mübarizə və azadlıq yolunun başlanğıcı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1920-ci ildə müstəqil ölkəmizi hərbi yolla süquta uğradan imperiya cəlladları xalqımızın azadlıq carçılarını da qətlə yetirdi. Yetmiş il ərzində dilimizə, milli sərvətlərimizə düşmən kəsilən qüvvələr mənəvi soyqırımı həyata keçirsələr də, buna nail ola bilmədilər. Çünki xalqımızın əvəzsiz övladı Heydər Əliyev siyasi səhnədə idi.

Ulu öndər ən mürəkkəb dövrlərdə milli kimliyimizi, ana dilimizi, milli ruhumuzu təkcə qorumaqla kifayətlənmir, eyni zamanda respublikamıza düşmən mövqedən çıxış edən nankor qonşularımızın anti-Azərbaycan fəaliyyətinə ciddi maneələr yaradırdı. Məhz onun siyasi varlığı bu qüvvələrin rahatlığını pozurdu. İnsan talelərinə biganə qalan Qorbaçovun ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Heydər Əliyevin SSRİ rəhbərliyindən istefasından sonra Azərbaycan həyatının ən təhlükəli və mürəkkəb mərhələsinə daxil oldu. Heydər Əliyevin siyasi səhnədə olmaması Kremlə erməni maraqlarına açıq şəkildə xidmət etmək imkanı verdi. Qarabağın separatizm ocağına çevrilməsi, bu tarixi diyarın Ermənistana verilməsi kimi sərsəm iddialar artıq gündəlik məsələyə çevrildi.

Azərbaycan xalqı bu riyakar siyasətə etiraz olaraq meydanlara çıxdı. Lakin cavab olaraq SSRİ prezidenti Mixail Qorbaçovun birbaşa əmri ilə ölkəmizə qoşun yeridildi, Bakıda xüsusi qəddarlıqla qətliamlar törədildi. Başsız qalan Azərbaycan matəmə qərq oldu. Bu qanlı hadisə xalqımızı qorxutmaq məqsədi daşısa da düşmən istədiyinə çata bilmədi. Əksinə, xalqımız daha da möhkəmləndi və sübut etdi ki, zor-güc ilə milli iradəni sındırmaq mümkün deyil. Günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar qırğınından sonra ölkə rəhbərinin qaçması, meydan qəhrəmanlarının isə yoxa çıxması vəziyyəti daha da ağırlaşdırdı. Düşmən qətliamı gizlətmək və respublikamızı informasiya blokadasına salmaq üçün dövlət televiziyasının enerji blokunu partlatdı. Nəticədə xalqımız baş verən faciəni dünyaya çatdırmaq imkanından məhrum oldu. 

Azərbaycan qan içindəydi, xalq taleyin ümidinə buraxılmışdı, dünya isə bu cinayətdən xəbərsiz qalmışdı. Bütün təhlükələrə baxmayaraq Heydər Əliyev Moskvada Azərbaycan nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinə qarşı sərt bəyanatla çıxış etdi. Xalqımıza qarşı qanlı qətliam törətmiş şəxslərin ciddi cəzalanmasını tələb edərək informasiya blokadasını yarıb səsimizi dünyaya çatdırdı. 

Dünya imperiyanın çirkin əməllərini görməklə yanaşı əliyalın halda tankların üzərinə gedən xalqımızın qəhrəmanlığına da şahid oldu. Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsi bütün dünyaya bəyan etdi ki, suveren yaşamaq bizim haqqımızdır və heç kim hərb və zorakılıq yolu ilə səsimizi boğa bilməz. Müstəqillik arzularımızı susdurmaq üçün qaldırılan süngülər nəticəsiz qaldı. 20 Yanvar faciəsi xalqımızın birliyini daha da möhkəmləndirdi, ölkədə milli şüurun yüksəlməsinə təkan verdi. Məhz bunun nəticəsi olaraq qısa müddət sonra Azərbaycan övladlarının qanı bahasına tarixi müstəqilliyinə qovuşdu. 

20 Yanvar faciəsinə hüquqi qiymətin verilməsi təşəbbüsü Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü il martın 29-da Azərbaycan parlamenti 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bu qərar nəticəsində 20 Yanvar faciəsi öz hüquqi və siyasi qiymətini aldı, hadisələrin məsuliyyəti açıq şəkildə müəyyənləşdirildi. Şəhid olmuş, sağlamlıq imkanlarını itirmiş ailələr dövlət qayğısı ilə əhatə olundu. Məhz Heydər Əliyevin rəhbərliyi ilə bu prosesə ciddi dövlət nəzarəti tətbiq edildi, sosial təminat tədbirləri həyata keçirildi və bu tədbirlər bu gün də kompleks şəkildə davam etdirilir.
Artıq 20 Yanvar şəhidlərinin ruhu şaddır.

Vətən müstəqildir və Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz tarixinin ən qüdrətli dövrünü yaşayır. İşğaldan azad olunan yurd yerlərində dalğalanan Azərbaycan bayrağı küləklə yox, xalqımızın ruhu ilə dalğalanır. O bayraq ki, onu ucaltmağı, qorumağı əziz şəhidlərimizdən öyrəndik. 20 Yanvar tarixi bütün dünyaya həm də onu göstərdi ki, hər birimiz Azərbaycan uğrunda canlı şəhidik! 44 günlük Vətən müharibəsində və bir gün çəkən antiterror tədbirlərində hamı bu bəlli həqiqətin bir daha şahidi oldu. 

Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Yanvar 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri