Icma.az
close
up
RU
Müstəqillik yolunun başlanğıcı

Müstəqillik yolunun başlanğıcı

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1991-ci il avqustun 30-da Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edib

Dünyada xalqların sayı çoxdur. Ancaq müstəqillik heç də bütün xalqlara nəsib olmayıb. Yüzilliklər boyunca qəlbində azadlıq arzuları daşıyan, tarixin müxtəlif dönəmlərində bu ideya uğrunda mücadilələrə qatılan Azərbaycan xalqı isə 1918-ci ildə qurulan Azərbaycan Demokratik Respublikasının süqutundan sonra ötən əsrin doxsanıncı illərinin əvvəlində yenidən müstəqilliyinə qovuşub. XX yüzillikdə qazandığımız müstəqilliyə gedən yol isə tarixin bu günündə -1990-cı il avqustun 30-da Müstəqillik Bəyannaməsinin qəbul edilməsi ilə başlayıb.

Heydər Əliyevin müstəqillik mücadiləsi

Dünyanın bir sıra ölkələri kimi, Azərbaycanın da müstəqillik əldə etməsində, onun qorunmasında və möhkəmləndirilməsində lider amilinin müstəsna rolu olub. Böyük siyasətçi, Vətənini və xalqını çox sevən Heydər Əliyevin fəaliyyəti, aldığı cəsarətli qərarları, sözün əsl mənasında, müstəqillik mücadiləsi kimi səciyyələndirmək mümkündür. Bu böyük şəxsiyyətin istər keçmiş sovet dönəmində, istərsə də sonrakı mərhələdə bütün çalışmalarının əsas hədəfi Azərbaycanın müstəqilliyinin təmin edilməsi olub. O, bu məqsədlə müstəsna missiya yerinə yetirib. Əvvəla onu qeyd edək ki, Heydər Əliyev hələ ötən əsrin 60-80-ci illərində Azərbaycana rəhbərlik edərkən keçmiş sovet rejiminin ideoloji qadağalarına rəğmən, respublikamızın gələcəkdə müstəqil yaşaması üçün möhkəm əsaslar yaratmışdı. Sonrakı mərhələdə isə O, xalqın yaddaşını təzələməklə cümhuriyyət ideyalarının geniş şəkildə yayılmasına çalışırdı. XX yüzillikdə Azərbaycanın ikinci dəfə müstəqilliyə qovuşmasının əsası da məhz Onun səyləri və cəsarəti sayəsində Naxçıvanda qoyulub.

Məlumdur ki, keçmiş ittifaq rəhbərliyinin getdikcə artan təzyiqləri ilə üzləşən Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya qayıtmaq məcburiyyətində qaldı. Lakin imperiya nökərləri-bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Heydər Əliyev doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. O, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra-17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Həmin sessiyada Heydər Əliyevin cəsarəti, milli təəssübkeşliyi, xalqına bağlılığı bütün cəhətləri ilə bir daha özünü büruzə verdi. Sessiyada Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.

Bu gün Heydər Əliyevin o dövrdə atdığı bu kimi cəsarətli addımlar kimlərə isə adi görünə bilər. Lakin bu, belə deyil. Bəhs olunan dövrdə hələ sovet ittifaqı, kommunist partiyası fəaliyyət göstərirdi və belə addımların atılması çox təhlükəli idi. Heydər Əliyev isə təhdidlərdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu. Bir qədər sonra-1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi, həmçinin ölkənin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı. 

Müstəqilliyimizin mühüm prinsiplərinin əks olunduğu bəyannamə

Müstəqillik mücadiləsini davam etdirən Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. 1991-ci il avqustun 30-da Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. 10 müddəadan ibarət olan sənəddə 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğu xüsusi vurğulanıb. Sənəddə ölkəmizin reallıqları nəzərə alınmaqla milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulan bütün insan hüquqlarına və əsas azadlıqlarına təminatlar verilib və respublikanın vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyinə çağırış edilib. Eyni zamanda, respublikamızın keçmiş ittifaqın bütün subyektləri ilə  dostluq münasibətlərinin bundan sonra da saxlamasının arzu edildiyi, eləcə də beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğu vurğulanır. Sənədin sonuncu bəndində oxuyuruq: “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olduğunu elan edir”.

Heydər Əliyevin təşəbbüsü ilə 30 avqust 1991-ci il tarixində qəbul olunan bəyannamə sonrakı mərhələdə respublikamızın müstəqilliyi ilə bağlı digər hüquqi sənədlərin hazırlanması və qəbul edilməsi üçün əsas oldu. Həmin ilin oktyabr ayının 18-də Ali Sovet məhz bu bəyannaməyə istinad edilməklə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.

Sözügedən bəyannamənin mühüm müddəalarından biri  də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlıdır. Burada ölkənin təhlükəsizliyinin, dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsi müqəddəs borc kimi vurğulanır. Bu müqəddəs borcu yerinə yetirən isə Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyev oldu. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan şanlı zəfərlər sayəsində artıq müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Avqust 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri