Icma.az
close
up
RU
Milli Observatoriya ilə NDU arasında memorandum imzalanıb

Milli Observatoriya ilə NDU arasında memorandum imzalanıb

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdədir. 

Naxçıvan Dövlət Universitetində, Naxçıvan Muxtar Respublikasınınb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və təhsil müəssisəsinin rəhbər heyəti ilə görüş keçirilib. 

E.Səfərli observatoriyanın institusional imkanlarının genişləndirilməsi məqsədilə ali təhsil müəssisələri və analitik tədqiqat mərkəzləri ilə aparılan səmərəli əməkdaşlıqdan bəhs edib. Bildirib ki, əməkdaşlıq çərçivəsində universitet məzunlarının işlə təmin olunma göstəriciləri araşdırılır, tələbə və məzunlar praktiki təcrübə proqramlarında iştirak edirlər.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev təhsil ocağının innovativ tədqiqat mərkəzinə çevirilməsi istiqamətində aparılan məqsədyönlü işlər barədə məlumat verib. Görüşdə Naxçıvanda əmək bazarının aktual məsələləri, sosial müdafiə siyasətinin inkişafı və universitet-sənaye əməkdaşlığının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. 

Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə bölgədə əmək bazarının mövcud durumu haqqında geniş məlumat verib. O, məşğulluq sahəsində aparılan islahatlar, işçi qüvvəsinin inkişaf perspektivləri və sosial müdafiə tədbirləri barədə fikirlərini bölüşüb. 

Sonra E.Səfərli və E.İsayev Milli Observatoriya ilə Naxçıvan Dövlət Universiteti arasında əmədaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. 

Sənəddə NDU-nun məzunlarının əmək bazarına adaptasiya vəziyyətinin təhlil edilməsi, əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınmaqla, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbatın proqnozlaşdırılması sahələrində əməkdaşlıq edilməsi, birgə tədqiqatların aparılması, elmi-praktiki konfransların, simpoziumların və digər tədbirlərin keçirilməsi əksini tapıb.

Z.HÜSEYNOVA

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri