Icma.az
close
up
RU
BAAU ilə Milli Observatoriya arasında memorandum imzalandı Fotolar

BAAU ilə Milli Observatoriya arasında memorandum imzalandı Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Bu gün Bakı Avrasiya Universiteti (BAAU) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya rəhbər heyəti arasında görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, BAAU-nun rektoru dosent Səyavuş Qasımov universitetin maddi-texniki bazası, tələbə qəbulu aparılan ixtisaslar və təhsil səviyyələri haqqında məlumat verərək ali təhsil müəssisəsinin elmi və akademik potensialını gücləndirmək məqsədilə həyata keçirilən strateji təşəbbüslərdən danışıb. O, universitetin innovativ tədqiqat mərkəzinə çevrilməsi üçün yeni elmi proqramların tətbiqinə dair ardıcıl və məqsədyönlü addımlar atıldığını qeyd edib.

Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli çıxışında qurumun fəaliyyəti, xidmətləri haqqında məlumat verib. O, ali təhsil müəssisələri və analitik araşdırma mərkəzləri ilə səmərəli əməkdaşlığın əmək bazarının formalaşmasında mühüm rol oynadığını vurğulayıb və BAAU ilə qurulan əməkdaşlığın bu istiqamətdə faydalı olacağına əminliyini bildirib.

Sonra BAAU ilə Milli Observatoriya arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu Səyavuş Qasımov ilə Elnur Səfərli imzalayıb.

Sənəddə BAAU-nun məzunlarının əmək bazarına adaptasiya vəziyyətinin təhlil edilməsi, əmək bazarının kəmiyyət və keyfiyyət parametrləri nəzərə alınmaqla, perspektiv peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə olan tələbatın proqnozlaşdırılması sahələrində əməkdaşlıq edilməsi, birgə tədqiqatların aparılması, elmi-praktiki konfransların, simpoziumların və digər tədbirlərin keçirilməsi əksini tapıb.

Görüşün sonunda əməkdaşlığın istiqamətləri ilə bağlı müzakirələr aparılıb.







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Aprel 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri