Icma.az
close
up
RU
Mingəçevir Dövlət Universiteti və Milli Observatoriya arasında Memorandum imzalanıb

Mingəçevir Dövlət Universiteti və Milli Observatoriya arasında Memorandum imzalanıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Mingəçevir, 3 fevral, Vüsalə Cənnətova, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada olub.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, MDU-nun nümayəndə heyəti Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi, elmi-tədqiqat və analitik fəaliyyətlərin genişləndirilməsi, eləcə də gənclərin praktiki bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Anar Eminov əməkdaşlığın əhəmiyyətindən bəhs edərək bildirib ki, imzalanacaq Memorandum universitetin elmi potensialının əmək bazarının real tələbləri ilə uzlaşdırılmasına, tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, region üzrə sosial-iqtisadi proseslərin elmi əsaslarla təhlilinə mühüm töhfə verəcək. Rektor qeyd edib ki, Milli Observatoriya ilə qurulan bu əməkdaşlıq MDU-nun təhsil, tədqiqat və innovasiya fəaliyyətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradacaq.

Elnur Səfərli çıxışında vurğulayıb ki, ali təhsil müəssisələri ilə əməkdaşlıq əmək bazarının monitorinqi, sosial rifah göstəricilərinin təhlili və məlumatlara əsaslanan qərarvermə mexanizmlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. O, MDU ilə birgə həyata keçiriləcək tədqiqat, monitorinq və təlim fəaliyyətlərinin həm gənclərin karyera inkişafına, həm də regional əmək bazarının daha dərindən öyrənilməsinə xidmət edəcəyini bildirib.

Görüşün sonunda Mingəçevir Dövlət Universiteti ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əmək bazarı, sosial müdafiə, elmi-tədqiqat, təlim və analitik fəaliyyət sahələrində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi əmək bazarı və sosial müdafiə sahələrində elmi-tədqiqat, monitorinq, analitik və proqnozlaşdırma fəaliyyətlərinin birgə həyata keçirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına dəstək göstərilməsi, region üzrə məşğulluq və sosial rifah göstəricilərinin araşdırılması, həmçinin hər iki qurumun institusional potensialının gücləndirilməsidir. Sənəddə əməkdaşlığın əsas istiqamətləri kimi elmi-tədqiqat və analitika, monitorinq və sorğu fəaliyyətləri, təcrübə və karyera inkişafı, təlim və innovasiya, eləcə də strateji əməkdaşlıq və layihələrin icrası müəyyənləşdirilib.

Bununla yanaşı, Memorandumdan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Mingəçevir Dövlət Universiteti ilə Milli Observatoriya arasında 2026-cı il üçün Birgə Tədbirlər Planı da imzalanıb. Birgə Tədbirlər Planı çərçivəsində təlim və mühazirələrin təşkili, tələbələr üçün infotur və təcrübə proqramlarının həyata keçirilməsi, birgə seminar və dəyirmi masaların keçirilməsi, eləcə də görülən işlərin ictimaiyyətə çatdırılması nəzərdə tutulur. İmzalanmış sənədlər tərəflər arasında uzunmüddətli və sistemli əməkdaşlıq üçün hüquqi və institusional zəmin yaratmaqla, təhsil–əmək bazarı əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri