Icma.az
close
up
RU
Статья не опубликована
Milli QHT Forumu qapısını gənclərə açdı

Milli QHT Forumu qapısını gənclərə açdı

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

Azərbaycan Milli QHT Forumunun (AMQF) 2 fevral – Gənclər Günü ilə bağlı gənclərlə görüşü keçirilib.

Bu barədə Forumun məlumatında qeyd edilir.

Bildirilir ki, “Azərbaycan Milli QHT Forumunun (AMQF) konfrans zalında 2 Fevral – Gənclər Günü ilə əlaqədar AMQF-yə üzv təşkilatlarında təmsil olunan gənclərlə açıq müzakirə xarakterli görüş keçirilib. Görüşdə gənclərin vətəndaş cəmiyyətinin inkişafında rolu və gənclərin QHT-lərə cəlb olunması ilə bağlı məsələlər ətrafında açıq diskussiyalar aparılıb. Tədbirdə AMQF İdarə Heyətinin sədri Ramil İskəndərli, AMQF İdarə Heyətinun üzvü Xatirə Vəliyeva, AMQF NTK sədri Fariz Əkbərov və 40-dək AMQF üzv təşkilatlarının gənc nümayəndələri iştirak ediblər”.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan dövləti tərəfindən gənclərin inkişafı və sosial inteqrasiyası üçün geniş imkanlar yaradılıb

Məlumata görə, tədbir zamanı qeyd olunub ki, 44 günlük Vətən müharibəsi Azərbaycan gənclərinin vətənpərvərlik ruhunu və qəhrəmanlığını bir daha sübut etmişdir: “O da vurğulanıb ki, gənclərin fəallığı, təşəbbüskarlığı və sosial məsuliyyəti Azərbaycanın inkişafı üçün əvəzolunmazdır. Azərbaycan dövləti tərəfindən gənclərin inkişafı və sosial inteqrasiyası üçün geniş imkanlar yaradılıb, müxtəlif təqaüd və proqramlar icra olunur. Azərbaycan gəncləri COP29 çərçivəsində təşkil olunmuş müxtəlif müzakirələrdə, maarifləndirmə tədbirlərində və ekoloji layihələrdə fəal olmaqla, gənclər iqlim dəyişikliklərinə qarşı mübarizədə öz töhfələrini veriblər”.

Çıxışlarda, həmçinin qeyd olunub ki, QHT-lər gənclərin bilik və bacarıqlarını artırmaq, onları sosial layihələrə cəlb etmək və vətəndaş cəmiyyətinin inkişafında fəal iştirak etmələrini təmin etmək üçün vacib platformadır.

Sonda gənclərə QHT-lərdə aktiv iştirak etməyə, könüllülük fəaliyyətinə qoşulmağa və ictimai təşəbbüslərlə çıxış etməyə tövsiyə olunun. Gənclərə üzərində AMQF loqosu ilə köynəklər hədiyyə edilib.

Öz növbəsində “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyindən (CASCFEN) verilən məlumata görə, görüşdə bu təşkilatın gənc üzvləri də iştirak ediblər.

Məlumatda deyilir ki, CASCFEN sədrinin gənclərl iş üzrə köməkçisi Yusif Məmmədli və İctimai Birliyin sosial şəbəkələrlə iş üzrə məsləhətçisi Günel Suidimzadə tədbirdə iştirak və müzakirələr zamanı təkliflərlə çıxış ediblər.

AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 04 Fevral 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see282

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see228

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see136

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri