Icma.az
close
up
RU
“Milli Qurtuluşdan Müstəqil Azərbaycana” mövzusunda konfrans keçirilib FOTOLAR

“Milli Qurtuluşdan Müstəqil Azərbaycana” mövzusunda konfrans keçirilib FOTOLAR

Sia Az saytına istinadən Icma.az xəbər verir.

13 iyun 2025 –ci il tarixində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluşdan Müstəqil Azərbaycana” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, tarixdə elə taleyüklü məqamlar olur ki, xalqın və dövlətin gələcəyini müəyyən edir, sabitlik və tərəqqi yolunda əsaslı dönüş yaradır. Azərbaycan üçün belə mühüm mərhələlərdən biri 1993-cü ilin iyun ayında baş verdi. O illərdə ölkə ağır siyasi böhranla üz-üzə qalmış, vətəndaş qarşıdurmaları, separatçılıq meyilləri, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü cəmiyyətdə dərin təşviş və ümidsizlik yaratmışdı. Dövlət institutları zəifləmiş, idarəetmədə xaos və özbaşınalıq hökm sürürdü. Belə bir həssas və təhlükəli şəraitdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı dövlətçiliyin xilasına yönəlmiş qətiyyətli addım idi. 1993-cü il iyunun 15-də Ulu Öndərin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkədə yeni dövr başlandı. 15 İyun – Milli Qurtuluş Günü məhz bu xilaskarlıq missiyasının, milli həmrəylik və güclü iradənin rəmzinə çevrildi. Həmin gün müasir, hüquqi və dayanıqlı dövlətçilik ənənələrinin bərqərar edildiyi, sabitlik və inkişaf yoluna qədəm qoyulduğu bir tarix kimi yaddaşlara həkk olundu.

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Ümummilli Lider Heydər Əliyevin Qarabağ münaqişəsində atəşkəsin əldə olunmasını həm ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi, həm də regionda sülh və sabitliyin bərqərar olması baxımından mühüm strateji addım kimi dəyərləndirmişdi. 1994-cü il mayın 12-də Ermənistanla imzalanan atəşkəs sazişi ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu sənəd təkcə döyüşlərin dayandırılmasına deyil, həm də ordu quruculuğuna və iqtisadi sabitliyin bərpasına şərait yaratdı. Yaranan sabitlik mühiti isə sosial islahatların həyata keçirilməsinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə əlverişli imkanlar formalaşdırdığını qeyd etmişdir.
Daha sonra çıxış edən “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsinin sədr müavini Samirə Bağırova, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov vurğulamışlar ki, müstəqilliyin ilk illərində Azərbaycan Ordusunun döyüş hazırlığı zəif, təşkilati strukturu isə pərakəndə vəziyyətdə idi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müasir tələblərə cavab verən, nizami və çevik silahlı qüvvələrin formalaşdırılmasına sistemli şəkildə başlanıldı. Ordunun strukturlaşdırılması, vahid komandanlıq sisteminin yaradılması və kadrların peşə hazırlığının artırılması ilə silahlı qüvvələrin döyüş qabiliyyəti əsaslı şəkildə gücləndirildi. Xaricdə təhsil alan zabitlərin sayının artırılması və hərbi texnika ilə təminatın yaxşılaşdırılması bu prosesi sürətləndirdi. Ordu artıq yalnız müdafiə funksiyasını deyil, eyni zamanda dövlətçiliyin əsas dayaqlarından birini təşkil edirdi. Bu təməllər sonradan tarixi Zəfərlə başa çatan Vətən müharibəsində həlledici rol oynadı.

Tədbir zamanı Xəzər rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən şəxslər Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

Tədbir Yeni Azərbaycan Partiyasının himni ilə sona çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 İyun 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri