Milli valyutaya inam artmaqda davam edir Baş bankir
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Milli valyutaya inam artmaqda davam edir. Son bir ildə əmanətlərin dollarlaşması rezident fiziki şəxslər üzrə 3,3% bəndi azalaraq 25,7%-ə, qeyri-rezident fiziki şəxslər üzrə isə 5,7% azalaraq 54,6% səviyyəsinə düşüb".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, 2026-cı ilin ötən dövründə bank sektoru sabit fəaliyyəti davam etdirib: "Bank sektorunda məcmu kapital adekvatlıq səviyyəsi 16,7% və likvidliyi örtülmə əmsalı 156% olmaqla normativləri əhəmiyyətli üstələyib, sektor mənfəətlə fəaliyyət göstərib. Bank sektorunun aktivləri genişlənməsi iqtisadi fəallığı dəstək verib. Belə ki, bank sektorunun aktivləri 10 ayda 15,1% artaraq 65,7 milyard manata çatıb. Kredit portfeli 14% artaraq 34,3 milyard manata çatıb. Bu dövrdə bank sektorunda qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı cəmi 2,7% olub. Dövr ərzində əhalinin əmanətləri 12,9%, o cümlədən müddətli əmanətləri 13,7% artıb".
Baxış sayı:49
Bu xəbər 04 Noyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















