Milli Xalça Muzeyində “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” triptixxalça sərgilənir
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı unikal xalçanın Azərbaycan Milli Xalça Muzeyində növbəti təqdimatı keçirilib.
Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Azərxalça ASC İdarə Heyətinin sədri, ensiklopedik xatirə xalça kompozisiyasının müəllifləri – Əməkdar incəsənət xadimi Emin Məmmədov və Əməkdar rəssam Rəşad Ələkbərov xalça üzərində necə çalışdıqları barədə geniş məlumat veriblər.
Xalq rəssamı, akademik Ömər Eldarov isə xalça sənətinin əcdadlarımızın çadır, alaçıq, yurta məskənləri ilə yaşıd olduğu barədə maraqlı fikirlər söyləyib.
Çıxşlar başa çatdıqdan sonra Əməkdar artist Ramil Qasımov pianoçu Zülfiyyə Sadıqovanın müşayiəti ilə Ulu öndərin çox sevdiyi nəğmələrdən ikisini - Cahangir Cahangirovun “Alagöz” mahnısını və “Küçələrə su səpmişəm” xalq mahnısını ifa edib.
Sonra qonaqlar “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçası ilə tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 13 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















