Icma.az
close
up
RU
“Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı triptixxalça sərgilənib AZƏRTAC

“Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı triptixxalça sərgilənib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbayan Milli Xalça Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı triptix-xalça sərgilənib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş olunub. Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxışında hər naxışı, hər elementinin altında bir məna, hikmət olan bu əsərin daim dəyərli eksponat kimi saxlanıb, tədqiq ediləcəyinə inandığını bildirib. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalça sənətinin yaşadılması və bu istiqamətdə gördüyü misilsiz xidmətlərindən söhbət açıb.

Mədəniyyət Naziri Adil Kərimli xalçanın ilk dəfə Şuşada təqdim olunduğunu xatırladıb. “Bu sənətin inkişafı və dünyaya çatdırılmasında Ulu Öndərin təşəbbüsü və səyləri danılmazdır. Müasir Azərbaycanın memarı Heydər Əliyev mədəniyyətimizi dünyada təbliğ etmək üçün misilsiz addımlar atıb. Bu əsər Ulu Öndərin zəngin irsinin öyrənilməsində yeni mənbədir. Fikrimcə, əsərin zənginliyinin göstəricilərindən biri də xalçaya hər dəfə baxdıqda müəyyən yenilikləri görməyimizdir”.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov nümayiş olunan unikal əsərin mənəvi dəyərinə görə toxunan ən qiymətli xalça olduğunu qeyd edib. Əməkdar rəssam Rəşad Ələkbərov xalçanın İsmayıllı emalatxanasında çalışan 11 toxucu tərəfindən 1 ilə yaxın müddətə ərsəyə gətirildiyini diqqətə çatdırıb. “Xalça 2023-cü ilin aprelində təhvil verilib. Üç hissədən ibarət olan əsər Ulu Öndərin həyat fəlsəfəsi, daim diqqətdə saxladığı məsələlər, önəm verdiyi dəyərlər ilk dəfə xalça dilində çatdırılıb. Biz layihənin məsuliyyətini anlayaraq daha fərqli yanaşdıq”,- deyə o əlavə edib.

Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarov xalçaçılıq sənətinin özünəməxsus xüsusiyyətlərinin olduğunu deyib: “Azərbaycanda xalçaçılığı hər zaman inkişaf etmiş və bu sənətə aid müxtəlif məktəblər fəaliyyət göstərib. Həm Ulu Öndər Heydər Əliyevin rəhbərliyi, həm də Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu sənət növünə xüsusi diqqət yetirilir”.

Bədii hissədə Ulu Öndər Heydər Əliyevin sevdiyi əsərlər Əməkdar artist Ramil Qasımov və Əməkdar müəllim Zülfiyyə Sadıqovanın müşayiəti ilə ifa edilib. Sonda qonaqlar “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı triptix-xalçası ilə yaxından tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri