Icma.az
close
up
RU
Milli Xalça Muzeyində “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı triptixxalça sərgilənib AZƏRTAC

Milli Xalça Muzeyində “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı triptixxalça sərgilənib AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbayan Milli Xalça Muzeyində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı triptix-xalça sərgilənib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş olunub.

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova çıxışında hər naxışının, hər elementinin altında bir məna, hikmət olan bu əsərin daim dəyərli eksponat kimi saxlanıb, tədqiq ediləcəyinə inamını ifadə edib. Bildirib ki, qədim xalçaçılıq sənəti Ulu Öndər Heydər Əliyevin hər zaman qayğı göstərdiyi və yüksək qiymətləndirdiyi bir sahə kimi müstəqillik illərində daha da inkişaf edib. Məhz onun hakimiyyətə qayıdışından sonra mədəniyyətin digər sahələrində olduğu kimi, xalça sənətində də böyük dirçəliş baş verib.

Mədəniyyət naziri Adil Kərimli deyib: “Bu sənətin inkişafı və dünyaya çatdırılmasında Ulu Öndərin təşəbbüsü və səyləri danılmazdır. Müasir Azərbaycanın memarı Heydər Əliyev mədəniyyətimizi dünyada təbliğ etmək üçün misilsiz addımlar atıb. Bu əsər Ulu Öndərin zəngin irsinin öyrənilməsində yeni mənbədir. Fikrimcə, əsərin zənginliyinin göstəricilərindən biri də xalçaya hər dəfə baxdıqda müəyyən yenilikləri görməyimizdir”.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov nümayiş olunan unikal əsərin mənəvi dəyərinə görə toxunan ən qiymətli xalça olduğunu qeyd edib.

Əməkdar rəssam Rəşad Ələkbərov xalçanın İsmayıllı emalatxanasında çalışan 11 toxucu tərəfindən bir ilə yaxın müddətə ərsəyə gətirildiyini diqqətə çatdırıb. “Xalça 2023-cü ilin aprelində təhvil verilib. Üç hissədən ibarət olan əsərdə Ulu Öndərin həyat fəlsəfəsi, daim diqqətdə saxladığı məsələlər, önəm verdiyi dəyərlər ilk dəfə xalça dilində tamaşaçıya çatdırılıb. Biz layihənin məsuliyyətini anlayaraq daha fərqli yanaşma sərgilədik”,- deyə o əlavə edib.

Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarov xalçaçılıq sənətinin özünəməxsus xüsusiyyətlərinin olduğunu deyib: “Azərbaycanda xalçaçılığı hər zaman inkişaf edib və bu sənətə aid müxtəlif məktəblər fəaliyyət göstərib. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə olduğu kimi, yenə də Azərbaycanda bu sənət növünə xüsusi diqqət yetirilir”.

Çıxışlardan sonra Əməkdar artist Ramil Qasımov pianoçu, Əməkdar müəllim Zülfiyyə Sadıqovanın müşayiəti ilə Ulu Öndərin çox sevdiyi nəğmələrdən ikisini - Cahangir Cahangirovun “Alagöz” mahnısını və “Küçələrə su səpmişəm” xalq mahnısını ifa edib.

Sonra qonaqlar “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçası ilə tanış olublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri