Icma.az
close
up
RU
Milli yaddaşın qorunması: BMU da soyqırımı hadisələri geniş təhlil edilib

Milli yaddaşın qorunması: BMU da soyqırımı hadisələri geniş təhlil edilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 31 mart, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə soyqırım qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himninin səsləndirilməsinin ardınca hadisələri əks etdirən videoçarx nümayiş olunub.

BMU-nun rektoru Yaqub Piriyev 1918-ci ilin 31 Mart söyqırımını tariximizin ən faciəli səhifələrindən biri adlandırıb. O bildirib ki, kütləvi qırğınlar nəticəsində minlərlə günahsız insanın amansızcasına qətlə yetirilməsi, şəhər və kəndlərin dağıdılması, milli-mədəni irsimizə ağır zərbə vurulması təkcə xalqımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdən biridir.

Rektor Gülüstan və Türkmənçay müqavilələrinin ağır nəticələrinə toxunaraq Azərbaycan xalqının parçalanması, tarixi torpaqlarımızın bölünməsi və bu prosesin davamı kimi ərazilərimizə ermənilərin kütləvi şəkildə köçürülməsi ilə gələcək faciələrin əsasının qoyulmasına, “böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlarının soydaşlarımıza qarşı müxtəlif illərdə törətdikləri kütləvi qırğınlara diqqət çəkib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hadisələrə hüquqi-siyasi qiymət verilməsi məqsədilə müvafiq komissiya yaradılsa da, sonrakı dövrdə bu proseslərin dayandırıldığını xatırladan Yaqub Piriyev yalnız 80 il sonra-1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış Fərmanla hadisələrə adekvat siyasi qiymət verildiyini, 31 Martın “Azərbaycanlıların Soyqırımı Günü” elan olunduğunu və bu istiqamətdə digər müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, ermənilərin soyqırımı çinayətlərinin dünyaya nümayiş olunması istiqamətində tədbirlər ardıcıl xarakter daşıyıb və Prezident İlham Əliyevin təşəbbüsləri ilə aparılan genişmiqyaslı tədqiqatlar nəticəsində yeni faktlar üzə çıxarılıb. Quba şəhərində aşkar edilən kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. Ərazidə Prezidentin Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycanın Vətən müharibəsində tarixi Zəfərə imza atması ilə, həm soyqırımı qurbanlarının, həm də bütün şəhidlərimizin intiqamının alındığını deyən rektor çıxışının sonunda bu cür faciələrin bir daha təkrarlanmaması üçün tarixi unutmamaq, milli birliyimizi qorumaq, dövlətimizin müstəqilliyi və suverenliyini möhkəmləndirməyin hər birimizin əsas vəzifəsi olduğunu qeyd edib.

BMU-nun professoru Abbas Seyidov geniş məruzə ilə çıxış edib. O, çıxışında xalqımıza qarşı həyata keçirilmiş sistemli etnik təmizləmə və soyqırımı siyasətinin açıq təzahürlərindən biri kimi yadda qalan 31 Mart hadisələrinin yalnız tarix deyil, həm də milli yaddaş məsələsi olduğunu diqqətə çatdırıb. Məruzədə Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Hacıqabul, Naxçıvan, Zəngəzur və digər bölgələrdə on minlərlə dinc azərbaycanlının məhv edilməsi, yaşayış məntəqələri, tarixi və dini abidələrin dağıdılması ilə bağlı faktlar təqdim olunub. Eyni zamanda, bildirilib ki, bu hadisələrin dərindən öyrənilməsi, elmi-faktaloji əsaslarla tədqiqi, gələcək nəsillərə və beynəlxalq ictimaiyyətə düzgün şəkildə çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Mart 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri