Rəqəmsal dövrdə milli yaddaşın qorunması
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün gənclərimizin böyük hissəsi məlumatı kitabdan və qəzetdən daha çox sosial şəbəkələrdən, videoplatformalardan və rəqəmsal mənbələrdən əldə edir.
Deməli, Zəfər tarixinin təbliği də müasir dövrün tələblərinə uyğun qurulmalıdır.
44 günlük müharibənin əsas hadisələrini əks etdirən interaktiv elektron xəritələr, qısa sənədli videolar, animasiyalar, podkastlar və rəqəmsal arxivlər hazırlanmalıdır.
Gənclərin maraq göstərdiyi platformalarda tarixi faktları sadə, anlaşıqlı və vizual formada təqdim etmək lazımdır.
Eyni zamanda, sosial şəbəkələrdə dezinformasiyaya qarşı mübarizə, tarixi faktların yoxlanılması və etibarlı mənbələrdən istifadə mədəniyyəti formalaşdırılmalıdır.
Zəfər tarixini gələcək nəsillərə çatdırmaq istəyiriksə, onların informasiya istehlak etdiyi məkanda da olmalıyıq.
Bu gün azad Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf mərhələsinə qədəm qoyub.
Burada aparılan bərpa və quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, təhsil və sosial infrastrukturun yaradılması gələcəyin Azərbaycanına hesablanmış mühüm addımlardır.
Gənclər bu proseslərin sadəcə müşahidəçisi olmamalıdırlar. Onlar Qarabağın quruculuğunda, elmi, iqtisadi, mədəni və sosial inkişafında fəal iştirak etməlidirlər.
Universitet tələbələri üçün azad edilmiş ərazilərdə yay təcrübələri, könüllülük proqramları, elmi tədqiqat layihələri və startap təşəbbüsləri genişləndirilə bilər.
Məktəblilərin Qarabağın tarixi, coğrafiyası, mədəniyyəti və təbiəti haqqında araşdırmalar aparması təşviq edilməlidir.
Çünki Qarabağı tanımaq yalnız onun keçmişini bilmək deyil, gələcəyinin qurulmasına hazır olmaq deməkdir.
Elmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 05 Noyabr 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















