Millidə “Tər” məsələsi: Kim tərlədi, kim tərlətdi?
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
CEYHUN ƏLİYEV
Tər. Bu 3 hərfdən ibarət sözün dilimizdə o qədər yozumu var ki...
N1. Tər. Adətən yay fəslində istidən yaranan dərialtı vəzlərin ixrac etdiyi duzlu və şəffaf maye.
İnsan sürətli hərəkət etdikdə/qaçdıqda havanın temperaturundan asılı olmayaraq tərləyir. Ötən axşam Lixtenşteynlə oynayan millinin formasını daşımağa layiq olmayanların da dərialtı vəzləri duzlu və şəffaf maye ixrac etmişdi.
N2. Tər tökmək. Məcazi məna daşıyır. Çox çalışmaq, zəhmət çəkmək anlamına gəlir. Millimizin formasına layiq olmayanlar həqiqətən çox çalışdılar, bu baxımdan sözün hər iki mənasında tər tökdülər. Amma bu, "Sizif əməyi" idi.
N3. Tər. Təravətli, saf, xoş qoxulu, ürəkaçan mənasını daşıyır. Dünənki komandanın hansı qoxulu olduğuna dair müfəssəl fikir bildirmək çətin olsa da, təravətdən əsər-əlamətin olmadığını əminliklə söyləmək olar.
N4. Tər. Tərləmək - məcazi mənada pul xərcləmək anlamına gəlir. Bax, burda tərləyənləri qeyd etməyinə dəyərdi. Ancaq tərləyənlər sırasında milli formamıza layiq olmayanlardan heç biri yoxdu. Onlar "tərlədənlər" qrupuna daxildilər.
N5. Tər. Xəcalət təri. Dünənki oyuna görə şəxsən mən xəcalət təri axıtdım. Əminəm ki, bu futbola baxan azərbaycanlıların hamısı eyni vəziyyətdə idi. Amma…
Azərbaycanlı futbolçular bizi bu həyat tərzinə alışdırıb. İllərdi rəhbərlik, məşqçilər, tibbi personal, futbolçular dəyişir, ancaq futbol ictimaiyyətimizin xəcalət təri axıtmaq adəti bitmir ki, bitmir.
Şəxsən mənim üçün yeganə təsəlli millinin "sükanı arxası"nda yerli məşqçinin dayanmasıdı. Çünki futbolçu yetişməyən ölkənin millisinə əcnəbi mütəxəssis lazım deyil!
Baxış sayı:99
Bu xəbər 02 Oktyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















