Icma.az
close
up
RU
Həmişə “qan tər içində...”

Həmişə “qan tər içində...”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Əlisəmid Kürə!

Bilirəm axı incimisən, bilirəm axı küsmüsən, bilirəm axı ORDA adam kimi ömründə bir yol, ay Əlisəmid, bircə yol dizini qatlayıb dostlarını saf-çürük eləyəndə adımı yüz yol, ya Kür, yüzcə yol defisin solundan sağına, sağından soluna fırladıb, ağ-qara başını qələm tutan, bıçaq vuran əllərinlə suyu süzülənəcən sıxıb, axırda hər şeyi fələyin ixtiyarına buraxmısan. Bu da taleyin hökmü! – Uzun illərin ayrılığından sonra rastlaşanda heç nə olmayıbmış kimi görüşdük. Həmişə darıxdığından qara pencəyini əynindən çıxarıb qolun üstündə gəzdirərdin, indi elə bil canını ağzına alıb bu şəhəri dörd dolaşırsan.

“Hara qaçırsan, KENTAVR?

Başın bədənindən ayrı,

bədənin başından ayrı.

Özün özündən qaçırsan,

gedirsən qəmin üstünə söyüşə-söyüşə...”

Yaşın dişlərinin sayını neçə diş ötüb, Əlisəmid, dişlərin yaşından neçə yaş kəmdir? Zindan divarlarına qanınla yazdığın şeirləri araqla nə vaxt yuyuruq? ORDA “Yol” qəzetini tanıyırdılarmı? Bilirdilərmi, burada biz dəlilərin də gözü YOLdadı? Sən bizimlə olmayanda, sən özündə olanda:

“Qəzetdə çap edilmiş sevgi şeirlərimi göndərəcəkdim sənə.

Nə düşündüm, bilmirəm!

Cibimdə qalan son tütünü

kəsdiyim qəzet kağızına bükdüm.

Sonra gözüm yaşara-yaşara

tütünlə alışan şeirlərinin tüstüsünü

çəkdim sinəmə...”

Sonra Maştağa – Nərimanov marşrutu ilə irəli-geri şütüyən Sübh yelinin sözün “525-ci” anbarına boşaltdığı “siqaret qutusuna yazılmış şeirlər”ini oxudum. Arabir yuxuma da girirdin, Əlisəmid. Qapalı gözlərimin yaddaşında kimi, nəyisə (əcəli, bəlkə?) qabağına qatıb qovurmuş kimi qalmışdın. Səni türmədə, dəlixana divarları arasında görməməyin bircə yolu vardı: sənə baş çəkməmək. Bir də sənin bu boyda zalım olduğunu bağışlaya bilmirdim:

“Neçə ki, fələk qarğıyır,

Hökm edir zalım olmağa.

Yüz əli qılınclı hazır

Bir bənövşə boynu vurmağa...”

– bu şeirin eşqinə yadındadır, “Yol”dakı “podborka”nı o ki var tərifləmişdik? Bu nədi, Əlisəmid, fələk qarğıyanda sən özündəmi zalım olurmuşsan (Gerisini demirəm, özün bilirsən)? Həmişə deyirdin, “problem çoxdu”. Ayağına görə yorğan istəyirdin, atına görə ot istəyirdin, adına görə iş istəyirdin, ürəyinə görə dərd istəyirdin.

Qurtardımı problem, Əlisəmid Kür?..

Dünyanın bu üzün görmüşdün, dünyanın o üzün görmüşdün, dünyanın hər üzün görmüşdün, dünyanın astarını da görüb dincəldinmi? Di altına bir daş qoy, otur, denən: “Kürəyimin təri, get!”, adın çıxınca, canın çıxsa, yaxşıdı, ilişib eləyən olsa, mən ölüm, fikir vermə, ikicə kəlmə denən: “Yeri get”, sən Allahın balasısan, Cəfəroğlu, Allah yolu get...

Başladımı problem, Əlisəmid Kür?..

Yenə Qorqudun yalın ayaqları gözünə girirmi, yenə gözlərin – ha yumsan da! – dünyanın əlləm-qəlləm şəklini çəkirmi, yenə söz dalınca duza gedirsənmi?

Başladımı hər şey?!

Hər şey bitdimi?!

Ağlının çəpərindən bəri adladınmı? Ayağına dost ağrısı, düşmən tənəsi batdımı? Gördünmü, ömrün hər bucağı ya kordu, ya da itidi, düz deyil, Əlisəmid, düz deyil.

Kürlük eləmə, Kür! Qoşul yeraltı çaylara! Gör nə deyir:

“...Nə baxırsan, xana, bəyə,

Gec də olsa, gəl tövbəyə.

Dizin-dizin dur növbəyə

Qoy xoş getsin Allahına!”

...Yoxsa özün demisən bunu? Hərdən özünə də qulaq as...

31 may 2002-ci il

Qulu Ağsəs

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri