Icma.az
close
up
RU
Millimizin baş məşqçisi: Bu səviyyədə rəqibləri görmək bizim üçün sürpriz oldu

Millimizin baş məşqçisi: Bu səviyyədə rəqibləri görmək bizim üçün sürpriz oldu

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bizim layihəmiz beşillikdir. Artıq iki ili geridə qalıb. Üç ildən sonra ciddi mübarizə apara biləcək oyunçularımız olacaq".

İdman.biz xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında qadın basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis yığmanın AVRO-2025-in seçmə mərhələsindəki çıxışını dəyərləndirib: "2022-ci ilin dekabrından bu vaxtadək altı oyun keçirdik. Həqiqətən ən çətin üç rəqiblə eyni qrupa düşdük. Polşa, Belçika və Litva səviyyəsində kollektivlər digər qruplarda azdır. Polşa və Litvada qadın basketbolu çox inkişaf edib. Bu səbəbdən güclü rəqiblərlə üz-üzə gəlməli idik. Bu səviyyədə rəqibləri görmək də bizim üçün sürpriz oldu. Çünki komandamız buna hazır deyildi. Federasiya da qadın basketboluna ciddi dəstək olur. Əlimizdəki oyunçuları müəyyənləşdirmişik. Yeni və gənc oyunçularla heyəti komplekləşdirmək istəyirik. 2007-2010 təvəllüdlü oyunçuları həyətə cəlb etmişik. Buna məcbur idik. Çünki əvvəlki heyətdə yer alan basketbolçuların yaşı 40 və daha yüksək idi".

O, yeni basketbolçuların təcrübə qazanmasını istədiklərini söyləyib: "Seçmə mərhələdə xal qazanmaq kimi bir hədəfimiz yox idi. İlk görüşlərdə xal fərqi daha böyük olurdu. Vaxt keçdikcə bunu azaltdıq. Bu çətindir. Məsələn, fikirləşin ki, İspaniyanın "Real" klubu ilə Türkiyə təmsilçisi "Bursaspor" oynayır. Amma təslim olmadıq. Qadın basketbolunda təcrübə qazandıq. Bizim layihəmiz beşillikdir. Artıq iki ili geridə qalıb. Üç ildən sonra ciddi mübarizə apara biləcək oyunçularımız olacaq. Məncə, Litva və Belçika Avropa çempionu ola bilərlər. Bu sürpriz olmayacaq. Fransa da namizədlərdən biridir. Komandamızın belə ciddi rəqiblərlə oynaması oyunçularımız üçün şansdır. Buna görə Azərbaycan Basketbol Federasiyasının rəhbərliyinə təşəkkür edirik. Bu oyunçular həftədə 10 dəfə məşq edirlər. Məktəbdən əvvəl və sonra da çalışırlar. Həyatlarını basketbola veriblər. İnanıram ki, yaxşı idmançılarımız olacaq. Çox gəncdirlər. Hazırda onlardan nəticə istəmək tezdir. Amma inanmağa davam edəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi Polşa ilə yanaşı, Belçika və Litva ilə mübarizə apardığı qrupda keçirdiyi bütün görüşlərdə rəqiblərinə məğlub olub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Fevral 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri