Millimizin baş məşqçisi: Dünya çempionu olmaq istəyiriksə, bütün görüşləri qalib başa vurmalıyıq
Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.
Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Rumıniya üzərində qələbə qazanaraq dünya çempionatında 1/4 finala yüksəldikləri oyunu şərh edib.
Qaynarinfo xəbər verir ki, mütəxəssis komandaya oyunlar zamanı dəstək olanlara təşəkkürünü bildirib.
O, futbolçuların yaxşı oyun göstərdiklərini vurğulayıb:
"Bu matça erkən final adını vermək olardı. Rumıniya həqiqətən çox yaxşı komandadır. Avropa çempionatının qaıibi olarkən də bu kollektivi məğlub etmişdik. Həqiqətən bizim üçün asan olmadı. Qarşıdakı qarşılaşmalar da çətin keçəcək. Əgər dünya çempionu olmaq istəyiriksə, bütün görüşləri qalib başa vurmalıyıq. 1-2 saat qələbənin dadını çıxardıqdan sonra, İngiltərə ilə görüşə hazırlaşacağıq".
Qeyd edək ki, yığma Rumıniya ilə əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında qələbə (2:1) qazanaraq növbəti mərhələyə adlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 27 May 2025 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















