Millimizin futzalçısı: “Bu, gücümüzə güc qatır”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Xorvatiya ilə oyun düşündüyümüz şəkildə keçmədi. Kobud səhvlər etdik və ardıcıl qollar buraxdıq”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Ülvi Əliyev deyib.
O, azfutzal.az-a açıqlamasında AVRO-2026-nın əsas seçmə mərhələsinin Xorvatiya ilə səfərdəki görüşü (2:9) barədə fikirlərini bildirib: “Bir qədər diqqətli və dəqiq oynaya bilsəydik, hesab fərqli olacaqdı. Qrupumuzun favoriti olan Xorvatiya millisi Avropanın güclü yığmalarından, sonuncu dünya çempionatının iştirakçılarındandır”.
O, Yunanıstanla Bakıda keçiriləcək matçın hazırlığına da toxunub: “Dünəndən məşqlərimizi Bakıda davam etdiririk. İki məşq keçmişik. Bütün diqqətimizi Yunanıstanla oyuna yönəltmişik. Uşaqlar məşqlərdə həvəslə çalışırlar. Hər birimiz qələbə qazanmaq və Xorvatiya ilə matçdakı yenilgini unutdurmaq istəyirik. Düzdür, az da olsa yorğunluq var idi. Çalışdıq bərpa prosesini yaxşı keçək.
Yunanıstan millisi qrup oyunlarına qələbə ilə başlayıb. Ümumiyyətlə, indi futzalda zəif rəqib yoxdur. 2 gün əvvəl keçirilən matçların nəticələrinə baxsaq, sürpriz hesablar görərik. Bu dəfə öz meydanımızda oynayacağıq. Azarkeşlərimizə səslənirəm ki, oyuna gəlsinlər, dəstəklərini əsirgəməsinlər. Onların tribunadan hər hayqırışı gücümüzə güc qatır. Onları sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Qeyd edək ki, Azərbaycan – Yunanıstan matçı sabah keçiriləcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 03 Fevral 2025 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















