“Sıfır Tullantı” layihəsi gücümüzə güc qatır
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qlobal səviyyəyə qaldırılan "Sıfır Tullantı" layihəsi iqlim dəyişikliyi ilə mübarizəmizə əlavə güc qatır. Layihənin başlanğıcından bu yana təxminən 6 milyon ton istixana qazı emissiyasının qarşısını aldıq".
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Toplantısında çıxışında deyib.
Sammitin əsas mövzusunu son dərəcə uyğun hesab etdiyini deyən Ərdoğan, iqlim böhranının mənfi təsirlərinin ən çox hiss olunduğu bölgələr arasında olduqlarını vurğulayıb.
"Həyat yoldaşım Əminə Ərdoğanın himayəsi ilə qlobal səviyyəyə qaldırılan “Sıfır Tullantı” layihəsi iqlim dəyişikliyi ilə mübarizəmizə əlavə güc qatır", - Türkiyə lideri bildirib.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 04 İyul 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















