Millimizin hücumçusu yenidən “Azərreyl”də
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Azərbaycan millisinin voleybolçusu Anastasiya Bayduk karyerasını yenidən ölkəmizdə davam etdirəcək.
İdman.biz xəbər verir ki, son mövsümü Rumıniyada “Tarqu Mureş”də oynayan 26 yaşlı hücumçu “Azərreyl”lə anlaşıb.
O, Bakı təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Bayduk Azərbaycanda yetirməsi olduğu “Telekom”la yanaşı, “Murov AZ Terminal”ın formasını geyinib. O, həmçinin Polşa, Macarıstan, Rumıniya və Fransada legioner həyatı yaşayıb.
İdman.biz
Baxış sayı:67
Bu xəbər 26 İyun 2025 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















