Millimizin rəqibində dopinq işi ilə bağlı yenilik Tanınmış futbol adamı ittiham edilir
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Futbol Assosiasiyasının rəhbəri Andrey Şevçenko “Çelsi”nin yarımmüdafiəçisi Mixailo Mudrikin dopinqə ilişməsində əsas pay sahiblərindən olduğu ittiham edilir.
Sportal.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist İqor Burbas məlumat verib.
Onun iddiasına görə, "mavilər"in yarımmüdafiəçisinə Ukrayna millisində kök hüceyrə vurulmasına icazə verən məhz Şevçenko olub. 2024-cü ilin dekabr ayından Mudrik dopinq testinin müsbət çıxdığına görə "Çelsi"nin oyunlarından kənarlaşdırılıb: futbolçunun bədənində Dünya Antidopinq Agentliyi (WADA) tərəfindən qadağan edilmiş meldonium preparatı aşkar edilib.
Mudrik 2023-cü ilin yanvarından "Çelsi"də çıxış edir. Ümumilikdə yarımmüdafiəçi "mavilər"in heyətində bütün turnirlərdə 73 oyun keçirib, 10 qol vurub və 11 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Ukrayna DÇ-2026-nın seçmə mərhələsində millimizin rəqiblərindən biridir.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 12 Sentyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















