Icma.az
close
up
RU
Millimizin sabiq braziliyalısı Azərbaycana gəlir

Millimizin sabiq braziliyalısı Azərbaycana gəlir

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan yığmasının sabiq oyunçusu, milliləşdirilmiş legionerlərdən olan Andre Ladaqa Azərbaycana gəlir.

Braziliyalı müdafiəçi bu barədə Fanat.Az-a özü məlumat verib.

O, 10 gün sonra Bakıda olacaq. Gəlişinin səbəbi özünü yenidən Azərbaycan futbolunda sınamaqdır. 50 yaşlı veteran həm məşqçi kimi çalışmaq, həm braziliyalı oyunçuların Azərbaycana gəlişində vasitəçi olmaq, həm də futbol funksioneri vəzifəsində fəaliyyət göstərmək istəyir. O, ölkəmizə gəldikdən sonra bu yöndə aldığı təklifləri dəyərləndirəcək. Ladaqa hansı klublardan təklif aldığını açıqlamaq istəməyib.

Qeyd edək ki, ölkəmizdə 4 ilə yaxın “Bakı”da çıxış edən Ladaqa paytaxt təmsilçisinin heyətində Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb. Şahin Diniyevin dövründə yığmamıza dəvət olunan braziliyalı millidə 11 matça çıxaraq 1 qol vurub. Millimizdəki debütü 2006-cı il sentyabrın 2-də AÇ-2008-in seçmə qrup oyunu çərçivəsində Serbiya millisinə qarşı matç olub. Səfərdə keçirilən  oyunda millimiz 0:1 hesabı ilə məğlub olub. Ladaqa 4 gün sonra Bakıda Qazaxıstan millisinə qarşı keçirilən oyunda (1:1) isə qolla yadda qalıb. 

Tam adı Andre Luiz Ladaqa olan Andre Ladaqa 1975-ci il fevralın 19-da Braziliyanın Rio de Janyero şəhərində anadan olub. Ampluası müdafiəçi olan bu futbolçunun ilk peşəkar klubu 1994-cü ildə “İtaperuna” olub. 1995-ci ildə “Vasko da Gama”, 1996-cı ildə isə “İnternasional”da forma geyinib. Amma parlamağa başladığı klub “Fluminese” olub. 1997-2000-ci illərdə bu klubda oynayıb və özünü yaxşı tərəfdən göstərib. Daha sonra “Maduera”, “Olario” və “America” kimi klublarda oynadıqdan sonra 2004-cü ildə Azərbaycana gəlib. Braziliyaya futbolçu seçməyə gedən “Bakı” rəsmləri Ladaqanı bəyənərək ölkəmizə dəvət ediblər. Onun karyerasının ən parlaq illəri Azərbaycanda olub. 2004-08-ci illərdə “Bakı” formasında 80 dəfə meydançaya çıxan Ladaqa 6 qolun müəllifi olub. “Bakı”dan sonra 2009-cu ildə “Karvan”da qısa sürən karyerası olub. O, Yevlax təmsilçisində cəmi 2 oyunda forma geyinib. 2009-cu ildən milliyə çağırılmayan Ladaqa 2010-cu ilin yanvarında ölkəsinə qayıdıb.

Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://fanat.az
archiveBu xəbər 18 İyul 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri