Icma.az
close
up
RU
Sanki millimizin məqsədi Azərbaycana uduzmamaq idi

Sanki millimizin məqsədi Azərbaycana uduzmamaq idi

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna millisinin sabiq üzvü Sergey Zadorojnıy DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunda Azərbaycan yığması ilə Bakıda keçirilən oyundan (1:1) danışıb.

QOL.az xəbər verir ki, 49 yaşlı keçmiş müdafiəçi "sport.ua"ya açıqlamasında deyib ki, Ukrayna millisi sanki Azərbaycan səfərinə 1 xal üçün yollanıb:

"Ukrayna millisinin dünya çempionatına vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün Bakıda qalib gəlməsi vacib idi. Amma elə təsəvvür yarandı ki, bizim futbolçular üçün əsas məqsəd uduzmamaq idi. Bunu həm start heyətindən, həm də hücum yönümlü olmayan oyundan görmək olurdu".

O bildirib ki, Bakıda qeydə alınan 1:1 hesabı təsadüfi nəticə deyil: "Topa nəzarət və meydanda üstünlüyümüz var idi, amma bu, bizə ciddi üstünlük qazandırmadı. Çünki mərkəz zonasındakı yavaş və monoton ötürmələr səbəbindən rəqib müdafiədə rahat şəkildə yerləşə bilirdi və arada yaranan boşluqları asanlıqla bağlayırdı. Beləliklə, bərabərlik heç də təsadüfi nəticə deyildi".

Qeyd edək ki, ilk turda Fransaya 0:2 hesabı ilə uduzan Ukrayna millisinin 2 oyuna 1 xalı var. Azərbaycanla oyundan sonra Ukrayna millisinin baş məşqçisi Sergey Rebrovun istefaya göndərilməsi ilə bağlı müzakirələr yaranıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 Sentyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri