Millimizin üzvününü komandası kubok qazandı, paylaşım etdi FOTO
Icma.az bildirir, Sportal.az portalına istinadən.
Azərbaycan milli komandasının üzvü Zamiq Əliyev formasını geyindiyi “Eqnatiya”nın heyətində ilk titulunu qazanıb.
Sportal.az xəbər verir ki, müdafiəçi məxsus olduğu klubun heyətində Albaniya superkubokunun sahibi oldu. Belə ki, onun komandası həlledici görüşdə "Kukesi"ni 2:0 məğlub edərək kuboku əldə edib. Bununla bağlı Əliyev instaqram səhifəsində paylaşım edərək belə yazıb:
"Əla komanda işi! Ümid edirəm ki, birlikdə daha çox çempionluqlar qazanacağıq. Bizi hər zaman dəstəkləyən azarkeşlərimizə təşəkkür edirik".
Qeyd edək ki, 23 yaşlı futbolçu 2024-cü il iyulun 1-də "Eqnatiya"ya keçib və 2027-ci il iyunun 30-na qədər Albaniya klubuna məxsusdur.
saytlarin hazirlanmasi
Baxış sayı:112
Bu xəbər 30 Dekabr 2024 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















