Icma.az
close
up
RU
Millinin baş məşqçisi: “Azərbaycanın adını daha yüksəklərə qaldırmaq üçün var gücümüzlə çalışacağıq

Millinin baş məşqçisi: “Azərbaycanın adını daha yüksəklərə qaldırmaq üçün var gücümüzlə çalışacağıq

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycanın çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət millisinin baş məşqçisi Atvars Vilde komandanın Litvanın paytaxtı Vilnüsdə təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında çıxışını dəyərləndirib.

İdman.biz xəbər verir ki, litvalı mütəxəssis bu barədə “Report”a danışıb.

O, qarşıda komandanı daha çətin oyunlar gözlədiyini bildirib: “Bu, Azərbaycan millisinin baş məşqçisi kimi ilk beynəlxalq yarışımdır. EEVZA Avropanın böyük turnirlərindən biridir. Komandamızın öncəki turnirlərə nisbətən daha uğurlu olması təkcə mənim işimin bəhrəsi deyil. Burada çox mehriban və peşəkar bir kollektivin əziyyəti var. Fürsətdən istifadə edib millinin məndən öncəkilər də daxil bütün məşqçi və texniki heyətinə dərin təşəkkürümü bildirmək istəyirəm. Turnirdə ilk oyunumuz Latviya millisinə qarşı oldu. Çox çətin və gərgin mübarizədən sonra qalib gəldik. İkinci matçda Estoniya millisi ilə qarşılaşdıq. Bu görüşdə də idmançılarımız əsl xarakter göstərdilər və sona qədər döyüşərək qalib gəldilər. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Buna baxmayaraq, Avropada öz sözümüzü deməyə çalışacağıq. Düşünürəm ki, bizdə artıq bu döyüşkən xarakter formalaşıb. Bu çox önəmlidir”.

Baş məşqçi daha çox təcrübəyə ehtiyac olduğunu qabardıb: “Azərbaycanın adını Avropa və dünyada daha yüksəklərə qaldırmaq üçün var gücümüzlə çalışacağıq. Daha çox turnirlərə qatılıb təcrübə qazanmalıyıq. Bunun üçün ən başlıca şərt digər ölkələrin komandaları ilə oyunlar keçirib daha çox praktika qazanmaqdır. Azərbaycanda çimərlik voleybolunun səviyyəsini yüksəltmək üçün böyük potensial var. Hazırda əlimizdəki idmançılarla istənilən komandaya qarşı başabaş mübarizə apara biliriksə, bu, potensialın olmasının göstəricisidir. Dayanmamalıyıq və daha çox işləyib inkişaf etməliyik. Düşünürəm ki, uğur üçün düzgün istiqamət seçmişik”.

O, Azərbaycan haqqında düşüncələrini də bölüşüb: “Ölkəniz mükəmməldir. Bunu söz xatirinə demirəm. Həqiqətən Azərbaycanı sevirəm. Qonaqpərvərliyiniz, yardımsevərliyiniz, yeməkləriniz sadəcə möhtəşəmdir. Bura gəldiyim ilk gündən özümü evimdəki kimi hiss edirəm. Ailəm də Azərbaycandan çox məmnundur”.

Qeyd edək ki, U-18 EEVZA-da pley-off mərhələsinə yüksəlib. Qrupda Latviya və Estoniya yığmalarını 2:0 hesabı ilə məğlub edən komanda bu mərhələdə Litva millisi ilə qarşılaşacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 İyul 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri