Millinin baş məşqçisi: “Bu gün əzmkarlıq göstərdik”
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Avropa çempionatının əsas mərhələsində çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Xorvatiya yığması ilə 3:3 hesablı heç-heçə edib.
Futbolpresa.az xəbər verir ki, oyundan sonra milli komandanın baş məşqçisi İlqar Aslanov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib:
“Xorvatiya millisi Avropanın güclü komandalarından biridir. Çətin görüş olacağını bilirdik. İlk oyunda Bosniya və Herseqovinaya məğlubiyyət də sanki uşaqları ayıltmışdı. Çünki dünənki görüşdən fərqli olaraq bu dəfə rəqibdən çəkinmədilər. Hətta hesabı onlar açsa da, ardıcıl qollar vurmağımız uşaqları daha da həvəsləndirdi, özünəinamı artırdı. Bu gün əzmkarlıq göstərdik. Rəqibi də yaxşı öyrənmişdik. Bilirdik ki, ilk saniyələrdən pressinq edəcəklər. Bu təzyiqə hazır idik və bizim də öz cavablarımız oldu. Qazanılan xala görə komandamı təbrik edirəm. Bu, U-19-un tarixində əsas mərhələdə qazanılan ilk xaldır. Oyunlar çox keçirdikcə, uşaqlarda inam artacaq, təcrübədə qazanacağıq, nəticələrimiz də yaxşı olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 20 İyun 2026 07:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















