Milyard dollarlıq layihə: Soydaşlarımızın yaşadığı bu kəndlər...
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
BƏƏ-nin daşınmaz əmlak sahəsində investisiya və developer şirkəti “Eagle Hills” Gürcüstanda sərmayə layihələri reallaşdıracaq.
Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, milyard dollarlıq layihələrdən biri Rustavi-Tiflis magistral yolu yaxınlığında yerləşən 590 hektar ərazidə həyata keçiriləcək.
Gürcüstanın “Business Media” nəşrinin yazdığına görə, həmin sahə Poniçala və Ağtəhlə kəndləri ərazisində yerləşir. Bura həmçinin Krtsanisi meşə parkı da daxildir və ərazi dövlət mülkiyyətindədir. Parkın mühafizə olunan ərazi statusu yoxdur və bu səbəbdən investora maneəsiz təqdim oluna biləcək.
Layihəyə əsasən, ərazidə villaların inşası, yaşıl zonaların, piyada infrastrukturunun yaradılması və Kür çayı üzərində “C” hərfi formasında körpünün inşası nəzərdə tutulub.
“Eagle Hills”in layihələrinin Gürcüstan hökuməti və BƏƏ-nin “EMAAR Group” şirkəti arasında bu yaxınlarda imzalanmış memorandum çərçivəsində həyata keçiriləcəyi bildirilib. Sənədə əsasən, şirkət Gürcüstana 6 milyard dollar həcmində investisiya yatıracaq.
Qeyd edək ki, Tiflis yaxınlığında yerləşən Poniçala qəsəbəsində (keçmiş adı Soğanlıq kəndi) və Qardabani rayonunun Ağtəhlə kəndində soydaşlarımız yaşayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 30 Yanvar 2025 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















