Icma.az
close
up
RU
Milyarderin gizli yeraltı sığınacağı üzə çıxıb

Milyarderin gizli yeraltı sığınacağı üzə çıxıb

Icma.az, Reyting.az saytına istinadən bildirir.


"Facebook"-un yaradıcısı, iş adamı Mark Zukerberq ilk dəfə mediaya evinin sığınacağından danışıb. Amerikalı milyarder Havayda tikdirdiyi malikanənin altındakı bunker barədə məlumat vermək məcburiyyətində qalıb. Milyarder deyib ki, milyonlarla dollara başa gələn və təxminən 500 kvadratmetrlik olan bu nəhəng tikili çoxlarının düşündüyü kimi "Qiyamət sığınacağı" yox, qasırğalardan qorunmaq üçündür.
Reyting.az
xəbər verir ki, iş adamının icazəsi olmadan bu ərazidə gizli çəkiliş aparılıb və daha sonra mediada tikinti ilə bağlı məlumatlar üzə çıxıb. Bundan sonra xoşagəlməz hadisədə əli olan fəhlə isə işdən kənarlaşdırılıb. Çünki bu şəxs işçi kimi tikinti gedən ərazidən, yəni çalışdığı yerdən selfi çəkdirib və həmin fotonu sosial şəbəkədə yerləşdirib. M. Zukerberq deyib ki, həmin işçinin ucbatından da məlumat yayılıb.
Media maqnatı M. Zukerberq bununla belə, yenə də olanları gizlətməyib. O, Havayda, Kauai adasında tikdirdiyi bunkerlə bağlı yayılan şayiələri təsdiqləyib. Milyarder bu mövzu ilə bağlı "Bloomberg" nəşrinə verdiyi müsahibədə tikilini "kiçik sığınacaq" adlandırıb.

Bu yaşayış kompleksinin elektrik generatoru, qəzadan qorunmaq məqsədilə qapalı quyusu, güclü partlayışa davamlı qapısı da var.
M. Zukerberqə məxsus olan bu yeraltı bunkerin tikintisi ciddi, həm də məxfilik şəraitində həyata keçirilir. Tikinti gedən ərazidə işçi qruplarının bir-biri ilə əlaqəsi tamamilə qadağandır, həmçinin bütün inşaatçılar məlumatların açıqlanmaması haqqında müqavilə imzalayıblar. Bunker kompleks elektron idarəetmə sistemi, səs izolyasiyası və qonaq evləri ilə tam təchiz olunacaq. Milyarderin yeraltı sığınacağı tunellə birləşən iki binadan ibarətdir. Biri media maqnatı, onun ailəsi üçün nəzərdə tutulub. Digər bina isə buranın qonaqları və yaxud evə gələn başqa şəxslərin rahat yerləşdirilməsi üçün tikilir.
Bu nəhəng layihə, o cümlədən də torpaq sahəsinin alınması M. Zukerberqə 270 milyon dollara başa gələcək. Bəzi Avropa və Amerika jurnalistlərinin əldə etdikləri sənədlərdən məlum olur ki, tikintisi indi də davam edən bu kompleksdə on ikidən çox bina olacaq. Seçilmiş ərazinin ümumi sahəsi standart bir futbol meydançası ilə müqayisə ediləcək iki malikanə ətrafında cəmləşib. Köşklərdə bir neçə lift, ofis və konfrans otaqları, komfortlu mətbəx də var.
Bunkerin yaxınlığındakı meşədə 11 ədəd disk formalı ağac evlər şəbəkəsi tikiləcək və bu evlər mürəkkəb kəndir körpülərlə birləşdiriləcək ki, buradakı ziyarətçilərin yerə enmədən bir binadan digərinə rahat keçməsinə şərait yaransın.

Əsas malikanələrin digər tərəfində tikilən binada tam ölçülü idman zalı və hovuzlar, sauna, isti vanna, digər hovuzlar, həm də tennis kortu olacaq. Həqiqətən də bu cür layihənin miqyası onu deməyə əsas verir ki, belə kompleks Zukerberq ailəsi üçün dəbdəbəli şəxsi istirahət evi deyil. Bu yer daha fərqli missiya və həm də çox böyük məqsədlər üçün hazırlanan bir məkandır.
Oqtay QORÇU

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:273
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 Dekabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri