Icma.az
close
up
RU
Milyarderlər ABŞ tarixinin ən yaxşı prezidentini seçiblər Tramp cəmi bir səs toplayıb

Milyarderlər ABŞ tarixinin ən yaxşı prezidentini seçiblər Tramp cəmi bir səs toplayıb

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


ABŞ-nin məşhur “Forbes” jurnalı dünya milyarderləri arasında sorğu keçirərək, ABŞ tarixində onların fikrincə ən yaxşı prezidentin kim olduğunu öyrənib.
Yeniavaz.com
xəbər verir ki, bu ilin fevral və mart aylarında keçirilmiş sorğuda Forbes jurnalı 45 milyarderlə müsahibə aparıb. Onlardan 35 nəfəri “ABŞ tarixinin ən yaxşı prezidenti kimdir?” sualına cavab verib. Yalnız bir anonim respondent Donald Trampı birinci yerə layiq görüb. İki nəfər isə Trampı birinci seçməsələr də, onun haqqında müsbət fikirlər səsləndiriblər.
Sorğuda iştirak edən milyarderlərin əksəriyyəti əvvəlki prezidentlərə üstünlük verib. Onlardan 10-u, gözlənildiyi kimi, varlılar üçün vergi azalmaları ilə tanınan və "sərvət aşağı təbəqəyə qədər çatacaq" siyasətini təbliğ edən Ronald Reyqanı dəstəkləyib. Onun tərəfdarları arasında Florida daşınmaz əmlak maqnatı David Hoffman, iş adamı Larri Konnor və keçmiş raket mühəndisi Rac Sardana olub.
David Hoffman bildirib ki, Reyqanın dövrü son 50 ildə görünməmiş mühafizəkar dalğanın başlanğıcı oldu. Onun sözlərinə görə, Reyqan “inandırıcı, hər iki partiyanın dəstəyinə malik və ölkənin ən böyük nəslini təmsil edən şəxs” idi.
Ən çox səs toplayan isə ABŞ-nin 16-cı prezidenti Avraam Linkoln olub – ona 12 milyarder səs verib. Hindistanlı milyarder Anuranq Jain Linkolnun “vətəndaş müharibəsi və köləliyin ləğvi zamanı göstərdiyi liderlik” səbəbilə seçildiyini bildirib. Onun digər tərəfdarları arasında milyarder avtosalon sahibi Norman Braman, maliyyə sahəsində fəaliyyət göstərən Stiven Smit və telekommunikasiya sahəsinin nəhənglərindən biri olan Rob Heyl də var.
Bəs bu nəticələr adi vətəndaşların və tarixçilərin fikirləri ilə üst-üstə düşürmü?
2021-ci ildə C-SPAN tərəfindən tarixçilər arasında keçirilmiş oxşar sorğuda da Linkoln birinci, Reyqan doqquzuncu, Tramp isə 41-ci yerdə qərarlaşmışdı. Siena Kolleci Tədqiqat İnstitutunun 2022-ci ildəki sorğusunda isə Linkoln ikinci, Reyqan 18-ci olmuşdu.
“Forbes” jurnalının sorğusuna əsasən, milyarderlər arasında ən çox səs toplayan prezidentlər bunlardır:
- Avraam Linkoln – 12 səs
- Ronald Reyqan – 10 səs
- Corc Vaşinqton – 3 səs
- Bill Klinton və Barak Obama – hər biri 2 səs
- Duayt Eyzenhauer, Corc Buş, Franklin D. Ruzvelt, Con Kennedi və Donald Tramp – hər biri 1 səs
Bir çox milyarderlər, böyük sərvətlərinə baxmayaraq, siyasətdən uzaq qalmağa üstünlük verirlər. Sorğuda iştirak edən, lakin ən yaxşı prezidentin adını çəkməyən milyarderlərdən biri yazıb: “Siyasətə qarışmağı xoşlamıram”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 06 Aprel 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri