Icma.az
close
up
RU
ABŞni milyarderlər idarə edəcək Tramp komandasının SƏRVƏTİ

ABŞni milyarderlər idarə edəcək Tramp komandasının SƏRVƏTİ

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampın yeni dövrdə işçi komandasına seçdiyi və ya namizədliyini irəli sürdüyü şəxslər sərvətləri ilə diqqət çəkir. Yanvarın 20-də rəsmi olaraq Ağ Evdəki vəzifəsinə başlayacaq Tramp, yeni hökumətində mühüm vəzifələrə seçdiyi adlar arasında ölkənin milyarderləri və multimilyonerləri də var.

Sfera.az xəbər verir ki, Trampın komandasının ümumi sərvəti 400 milyard dollara yaxındır. Trampın irəli sürdüyü şəxslər Senatın təsdiqini alarsa, yeni prezident ABŞ tarixinin ən zəngin administrasiyalarından birini yaratmış olacaq.

Yeni administrasiya üzvlərinin ümumi sərvətinin 9 milyard dolları keçəcəyi gözlənilir. Trampın ilk prezidentliyi dövründə kabinet üzvlərinin ümumi sərvəti 6 milyard dollar idi.

ABŞ-nin Prezidenti Co Baydenin kabinetinin ümumi xalis sərvəti isə cəmi 118 milyon dollar təşkil edir. Tramp komandasının digər üzvlərini də nəzərə alsaq, məlum olur ki, Amerika dövlətini zənginlər idarə edəcək.

Digər üzvlərlə birgə rəhbər heyətin adambaşına düşən sərvətinin orta məbləği 600 milyon dollar olacaq ki, bu məbləğ də orta Amerika ailəsinin sərvətindən 600 dəfə çoxdur.

Trampın komandasında ən varlı adam İlon Mask olacaq. Hökumətin Səmərəliliyi Departamentinin həm-direktoru seçilən İlon Mask 360 milyard dollardan çox sərvətlə Trampın komandasındakı ən varlı adamdır. Seçkilərdən sonra “Tesla”nın səhmlərinin sürətlə bahalaşması ilə Maskın sərvətinin artması diqqət çəkir.

Yeni komandanın ikinci ən zəngin insanı Trampın özüdür. Onun sərvətinin 6,1 milyard dollar olduğu bildirilir.

ABŞ müdafiə nazirinin müavini olacaq Stiven Faynber daha bir milyarderdir. Nazir müavininin sərvəti 5 milyard dollardır.

ABŞ-nin Londondakı yeni səfiri Uorren Stivensin sərvəti 3,4 milyard dollardır. Parisə səfir göndəriləcək Çarlz Kuşner 2,9 milyard dollar, təhsil naziri olacaq Linda Makmaxon 2,6 milyard dollar, ticarət naziri olacaq Hovard Lyutnik 2 milyard dollar, NASA-nin yeni rəhbəri olacaq Cared İsaakman 1,7 milyard dollar, Hökumətin Səmərəliliyi Departamentinin həm-direktoru olacaq Vivek Ramasvami 1 milyard dollar sərvətə sahibdirlər.

Bundan başqa, komandada çoxlu sayda multimilyonerlər (sərvəti 100 milyon dollardan çox olanlar - red.) və milyonerlər də var.

Vasif

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 Dekabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri