Icma.az
close
up
RU

Milyarderlərin səhər sirləri FOTOLAR

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyanın ən uğurlu texnologiya milyarderlərinin səhər rutinləri “Daily Mail” qəzetində dərc olunub.

Texnologiya nəhənglərinin səhərlərini necə enerji ilə doldurduğuna qısa nəzər salaq…

Gununsesi.info xarici mediaya istinadən siyahını təqdim edir:

Beləliklə, 421,2 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamı olan Elon Mask səhər saat 7-də oyanır. O, ilk növbədə telefonunu cəld gözdən keçirir ki, nə yenilik var… Səhər yeməyində şirniyyat yeyir. Bəzən səhər yeməyi yemədən də işinə gedir. Onun səhərlər duş qəbulu etmək vərdişi də var.

Sərvəti 233,5 milyard dollar olan Amazon-un qurucusu Ceff Bezos zəngli saat olmadan oyanır. Nişanlısı Lauren Sanchezlə qəzet oxuyan, qəhvə içən Bezos səhər saatlarında telefonu ilə maraqlanmır. O, səhər yeməyində osminoq, qaynadılmış yumurta və sarımsaqlı qatıq yeməyi xoşlayır.

Bazar günləri “pancake” (krep ) hazırladıqdan sonra qəzet oxuyur, idman zalına gedir. Bezos beyninin ən oyaq olduğu vaxtın səhər saat 10-da olduğunu, mühüm görüşlərini bu zamanda edərək önəmli qərarlar qəbul etdiyini bildirib.

Sərvəti 202,5 ​​milyard dollar olan “Meta”nın sahibi Mark Zukerberq günə səhər saat 8-də telefonunda “Facebook”, “Messenger” və “WhatsApp”ı yoxlayaraq başlayır. Zehni enerjisini daha vacib qərarlara yönəldə bilmək üçün hər gün oxşar paltarlar geyinən Zukerberq səhər yeməyində soyuducuda nə tapsa yeyir.

Səhərlər ciu-citsu və qarışıq döyüş növləri ilə məşğul olan Zukerberq məşqdən sonra duş qəbul edir.

Sərvəti 1,1 milyard dollar olan OpenAI şirkətinin baş direktoru Sem Altman səhər tezdən oyanmağı sevmir. O, səhərlər kofe içir. E-poçtunu yoxlayarkən 15 dəqiqə tam spektrli LED işığından istifadə edən Altman diqqəti dağılarsa, o zaman fasilə verdiyini, istirahət etdiyini bildirib. O, qeyd edib ki, səhər saatlarında daha məhsuldar olduğuna görə, günortadan sonra iclas keçirmir.

Sərvəti 2,3 milyard dollar olan Apple şirkətinin baş direktoru Tim Kuk səhər saat 3:45-4:00 arasında yuxudan oyanır və müştərilərlə işçilərindən gələn 700 məktubu oxuyur. Kuk səhər saat 5-də idman zalında bir saat məşq edir. O, telefondan istifadə etmək əvəzinə musiqi dinləyir.

Günel Həsənova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Yanvar 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri