Icma.az
close
up
RU
Milyonçu qardaşların işində yenilik 1 milyardlıq əmlaklarına həbs qoyulub

Milyonçu qardaşların işində yenilik 1 milyardlıq əmlaklarına həbs qoyulub

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi xüsusi əməliyyatla həbs edilən Bahadır və İkram Quliyev qardaşlarının, eləcə də onlarla birgə ittiham olunan digər şəxslərin məhkəməsi yenidən başlanacaq.

"AzPolitika"-nın “Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, buna səbəb cinayət işinin başqa hakimlərin icraatına verilməsidir.

Bu iş bir ildən artıq idi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə araşdırılırdı. Lakin məhkəmə istintaqı yekunlaşmağa az qalmış həmin hakimin səlahiyyətlərinə xitam verilib.

Təqsirləndirilən şəxslərdən birinin vəkili Vüqar Əliyevin sözlərinə görə, artıq cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına keçib. Onunla birgə iki yeni hakim də işə qoşulub. Qanunun tələbinə əsasən hakim tərkibi dəyişdiyindən məhkəmə istintaqı yenidən aparılacaq.

Fotoda: Səbinə Məmmədzadə

Yeni tərkibdə ilk iclas noyabrın 13-də keçiriləcək.

Qeyd edək ki, Bahadır və İkram Quliyevlərlə yanaşı, onların əmisi oğlu Fərhad Qasımov, eləcə də işçiləri Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədov da eyni iş üzrə mühakimə olunur.

İş materiallarında yazılıb ki, təqsirləndirilən şəxslər Yasamal rayonunda fəaliyyət göstərən şirkətlərində qanunsuz pul köçürmələri ilə məşğul olublar. İstintaqla müəyyən edilib ki, həmin şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Bu məbləğin təxminən 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb. Şirkət vasitəsilə pul köçürən bir neçə şahid ifadələrində oranı “Bahadırın bankı” kimi tanıdıqlarını bildiriblər.

Xüsusilə ağır cinayət əməlinə görə müttəhimlərin 1 milyarda yaxın qiymətləndirilən əmlakları-bahalı evlər, avtomobillər, qayıqlar üzərinə həbs qoyulub.

Nə baş vermişdi?

Təqsirləndirilən şəxslər Yasamal rayonunda fəaliyyət göstərən şirkətlərində qara yolla pul köçürməklə məşğul olublar. İstintaq materiallarındakı ifadələrdən də görünür ki, müştərilər oranı “Bahadırın bankı” kimi tanıyırlar. İşlərin ən başında dayanan da elə Bahadır Quliyevdir. O, uzun illər Rusiyada yaşayıb, bütün işləri oradan idarə edib. Azərbaycandakı işlərə isə İkram nəzərət edib. Qardaşlar xarici ölkədən Azərbaycana, Azərbaycandan isə xaricə qanunsuz pul vəsaitləri köçürüblər. İstintaq müəyyən edib ki, şirkət xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürüb. Bu vəsaitin 2 milyon 500 min manatı isə xidməthaqqı kimi onların özünə qalıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk baxış iclasında ittiham aktı elan edilib. Təqsirləndirilən şəxslərdən Fərhad Quliyev özünü qismən təqsirli bilsə də, digərləri təqsirsiz olduqlarını deyiblər. Onların həbs qətimkan tədbirlərinin dəyişdirilməsi ilə bağlı vəsatətləri isə rədd edilib.

Məlumat üçün bildirək ki, polis əməkdaşlarının keçirdiyi əməliyyatla İkram Qasımovun evindən xeyli miqdarda qızıl, brilyant və digər zərgərlik məmulatları aşkar edilmişdi. İttihamda deyilir ki, dəyəri 1 milyon manata yaxın-853 min 771 min manat təşkil edən zinət əşyaları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib. İkram Qasımovun tapşırığı ilə Dubaydan aldıqları Avstriya, İsveçrə və Belçika istehsalı olan qiymətli əşyalar Azərbaycanın gömrük nəzarətindən kənar yolla keçirilərək ona çatdırılıb. Bu işdə isə vasitəçi Vəli Əliyev olub.

İkram Qasımov məhkəmədə bu epizoda toxunub, həmin zinət əşyalarının rəsmiləşmədiyindən xəbərsiz olduğunu deyib. İddia edib ki, gətirdiyi hər şeyi ölkəyə çatanda bəyan edib. O, bunu təsdiq edən sənədin məhkəməyə təqdim edilməsi üçün şərait yaradılmasını istəyib.

Vəsatət təmin edilməyib. Bahadır Qasımov isə məhkəmədə səhhətindən gileylənib, onun vəkili müvəkkilinin müayinəyə ehtiyacı olduğunu qeyd edib.

Məhkəmə bu vəsatəti qismən təmin edib. Amma müdafiə tərəfi qərarlardan narazı qalıb, hakimlərə etiraz edəcəkləri barədə ərizə təqdim olunacağını bildiriblər.

Qohumlardan biri etirafçı olub

Əvvəl qeyd etdiyimiz kimi, təqsirləndirilən Fərhad Qasımov məhkəmədə özünü qismən təqsirli bilib. Amma istintaq dövründə F.Qasımov özünü tam təqsirli bilərək hər şeyi açıq danışıb. O, əmisi oğlanlarının uzun illər qanunsuz pul köçürməsi ilə məşğul olduqlarını, özünün də işlərə nəzarət etdiyini etiraf edib.

Əmioğlunun sözlərinə görə, Bahadır və İkram fəaliyyətlərini pərdələmək üçün Yasamaldakı sözügedən ofisdə “Qozan Travel” adlı turizm şirkəti yaradıbmışlar. Oranın da ayrıca işçiləri olub. Fərhad başqa bir ifadəsində şirkətdə pul köçürülməsinin qanunsuz həyata keçirilməsindən xəbərsiz olduğunu deyib.

Sözügedən zinət əşyaları ilə birgə təqsirləndirilən şəxslərə aid yarım milyardlıq əmlaklar üzərinə həbs qoyulub. Buraya “Range Rover”, “Bentley”, “Mercedes”, BMW, “Mitsubishi” və digər markalı minik avtomobilləri, bir neçə yük maşını, motosikletlər, Bakı, Abşeron və digər bölgələrdə yerləşən çoxsaylı mənzillər, bağ evləri, qeyri-yaşayış sahələri, qayıqlar, qarajlar daxildir.

Növbəti məhkəmə iclaslarında müttəhimlər sərbəst ifadə verməlidirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Oktyabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see209

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see202

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see195

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see162

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see148

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri