Icma.az
close
up
RU
Bakıda milyonçu qardaşların məhkəməsində mübahisə düşdü

Bakıda milyonçu qardaşların məhkəməsində mübahisə düşdü

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən böyük əməliyyatla həbs edilən Bahadır və İkram Quliyev qardaşları, həmçinin onlarla birgə ittiham olunan digərlərinin məhkəmə araşdırması davam edir.

"Qafqazinfo”nun məlumatına görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxslərin hamısı həbsdə mühakimə edilir.

Müttəhim kürsüsündə Bahadır və İkram Quliyevdən əlavə, onların əmisi oğlu Fərhad Qasımov və işçiləri Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədov əyləşir.

İttihama görə, təqsirləndirilən şəxslər Yasamal rayonunda fəaliyyət göstərən şirkətlərində qanunsuz pul köçürmələri ilə məşğul olublar. İstintaqla müəyyən edilib ki, şirkət xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürüb. Bu vəsaitin 2 milyon 500 min manatı isə xidməthaqqı kimi onların özünə qalıb. Sözügedən şirkətdə pul köçürən şahidlər oranı "Bahadırın bankı” kimi tanıdıqlarını deyiblər.

Artıq iş üzrə ittiham tərəfinin bütün şahidləri dindirilib. İşin aparılması ardıcıllığına görə bu gün müttəhimlər sərbəst ifadə verməli idilər. Amma müdafiə tərəfinin vəsatətləri vəziyyəti dəyişib. Müdafiəçilər hamısı iş üçün əlavə şahidlərin dindirilməsinin vacibliyi məsələsini qaldırıblar.

Fərhad Qasımovun vəkili Vüqar Əliyev həmin şəxslərin kimliyini açıqlayıb. Bunlardan biri Rüstəmov Fikrət Akif oğludur. Vəkillər Fikrətin dindirilməsini bu səbəbdən istəyirlər ki, o, istintaqın əvvəlində Yasamaldakı şirkətə turizm işi ilə bağlı gəldiyini deyib. Lakin növbəti ifadələrində sözlərini dəyişib, oraya pul köçürmək üçün getdiyini bildirib.

Əhmədova Natavan Nəbi qızı isə müstəntiqə deyib ki, şirkət turizm fəaliyyəti ilə tanınsa da, Quliyevlər orada qanunsuz işlərlə məşğul olublar.

Müdafiə tərəfinin dindirilməsini ən vacib hesab etdikləri şəxs Kənan Kazımovdur. Maraqlıdır ki, bu cinayət işi məhz K.Kazımovun ərizəsi əsasında başladılıb.

İkram Quliyevin vəkili Kamandar Nəsibov həmkarının vəsatətinin təmin edilməsinin vacib olduğunu dilə gətirib. Vəkil hesab edir ki, ədalətli hökm çıxarılması üçün adıçəkilən şəxslər mütləq dindirilməlidir.

Prokuror isə vəsatətin təmin edilməməsini istəyib. Anar Sadıqovun sədrlik etdiyi hakimlər prokurorla razılaşıb. Vəsatət əsassız sayılaraq rədd edilib.

Qərar müdafiəçilər tərəfindən etirazla qarşılanıb, onlar prokuror və hakimləri fikirlərini əsaslandırmamaqda ittiham ediblər: "Vəsatət niyə təmin edilmir?! Əsaslandırma göstərin. Mən deyirəm ki, cinayət işinin başlanmasına səbəb olan ərizəçi gəlib danışmalıdır. Bilməliyik ki, niyə şikayət edib. Heç olmasa, 50 faiz ədalətli hökm çıxarılması üçün həmin şəxslər dindirilməlidir. Yoxsa, göndərilən ittiham aktını təsdiq etməklə iş olmur. Bunun axırı olmayacaq”.

Sədrlik edən hakim vəkillərdən mübahisə etməmələrini tələb edib.

Bundan sonra müdafiəçilər hamısı hakimlərə etiraz edəcəklərini deyiblər. Etiraz ərizəsinin hazırlanması üçün proses aprelin 18-nə kimi təxirə salınıb.

Qeyd edək ki, bu iş üzrə müttəhimlərin 1 milyarda yaxın əmlakları üzərinə həbs qoyulub. Buraya bahalı evlər, avtomobillər, qayıqlar və başqa əmlaklar daxildir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Aprel 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri