Icma.az
close
up
RU
Milyonlarla insanın gündəlik vərdişi beyinə zərər vurur ARAŞDIRMA

Milyonlarla insanın gündəlik vərdişi beyinə zərər vurur ARAŞDIRMA

Icma.az, Lent az saytına istinadən bildirir.

Uzun müddət oturaq vəziyyətdə qalmaq hətta müntəzəm məşqlərlə belə — beynin atrofiyasına və demensiyanın (ağıl zəifliyinin) inkişafı riskinin artmasına səbəb olur.

Lent.az bu barədə məlumat verir:

Oturaq həyat tərzi: görünməz təhlükə
Hətta hər gün idmanla məşğul olsanız belə, uzun müddət oturmaq bədənə, xüsusilə də beyinə ciddi zərər vura bilər. Araşdırma göstərib ki, oturaq həyat tərzi yaddaş, diqqət və digər zehni funksiyaların zəifləməsi ilə birbaşa əlaqəlidir və Alzheimer xəstəliyinin müstəqil risk amili ola bilər.

Alimlər nəyi araşdırıblar?
Araşdırmada yaşı 50-dən yuxarı olan 404 nəfər iştirak edib. Heç biri demensiya diaqnozu almamışdı. Onlar aşağıdakı testlərdən keçiblər:

Aktiqrafiya — xüsusi cihazla fiziki aktivlik və yuxu ritmlərinin ölçülməsi;

Neyropsixoloji testlər — yaddaş, diqqət, məntiqi düşüncə və problem həll etmə qabiliyyətlərinin qiymətləndirilməsi;

MRT (maqnit-rezonans tomoqrafiyası) — beyindəki strukturlar, o cümlədən yaddaş və öyrənmə üçün vacib olan hipokampın vəziyyətinin yoxlanması.

Əsas nəticələr
Araşdırma göstərib ki, gündə orta hesabla 13 saat oturaq vəziyyətdə olan iştirakçılarda aşağıdakılar müşahidə olunub:

daha zəif epizodik yaddaş;

hipokamp həcminin kiçilməsi;

informasiyanın emal sürətinin azalması.

Bu göstəricilər iştirakçılar həftəlik minimum 150 dəqiqəlik fiziki aktivlik tövsiyələrinə riayət etsə də müşahidə olunub. Bu isə o deməkdir ki, müntəzəm idman belə uzun müddət oturmağın zərərini tamamilə kompensasiya edə bilmir.

Niyə bu vacibdir?
Ən narahatedici nəticə odur ki, uzun müddət oturmaq beyin qabığının (korteks) qalınlığının azalması ilə əlaqələndirilir. Bu xüsusilə Alzheimer xəstəliyində zərər görən sahələrə aiddir. Yəni oturaq həyat tərzi geri dönüşü olmayan demensiya növlərinin inkişafına birbaşa təsir göstərə bilər.

"Oturaraq keçirilən vaxtı minimuma endirmək çox vacibdir. Bu, hətta hər gün idman edənlər üçün də keçərlidir. Alzheimer riskinin azaldılması yalnız aktivliklə deyil, həm də oturmağa tez-tez fasilə verməklə mümkündür".

Harvard Universitetinin araşdırması da təsdiqləyir
2022-ci ildə Harvard Universiteti tərəfindən aparılan başqa bir araşdırma da uzun müddət oturmağın beyin üçün zərərli olduğunu göstərmişdi. Alimlər müəyyən etmişdilər ki, çox oturan insanlarda beynin yaddaşla əlaqəli medial temporal (gicgah) payının nazilməsi müşahidə olunur. Bu dəyişikliklər tez-tez demensiyadan əvvəl meydana çıxır və zehni zəifləmənin ilkin əlamətləri ola bilər.

Nə etmək lazımdır?
Mütəxəssislər tövsiyə edirlər ki:

Gündəlik fiziki aktivliklə yanaşı, oturmağa fasilə vermək vacibdir — hər saat 5 dəqiqə yerimək, dartınmaq və ya sadəcə ayağa qalxmaq belə böyük fərq yarada bilər. Boş vaxtlarda elektron cihazlardan istifadəni azaldın, daha fəal istirahət növlərinə üstünlük verin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 May 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri