Icma.az
close
up
RU
Milyonlarla insanın yediyi bu sous damarlara zərər verə bilər

Milyonlarla insanın yediyi bu sous damarlara zərər verə bilər

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kardioloqlar milyonlarla insanın gündəlik istifadə etdiyi məşhur bir sousun damar sağlamlığına təsirinə diqqət çəkiblər. Söhbət mayonezdən gedir.

Mütəxəssislərin fikrincə, mayonezin tez-tez və böyük porsiyalarda qəbul edilməsi artıq çəkiyə səbəb ola, bu isə ürək-damar xəstəlikləri və damarların aterosklerozla zədələnməsi riskini artıra bilər.

Bu barədə “Parade” nəşri yazıb.

Damarlarda lövhələr necə yaranır?

Arteriyaların daralması və ya tıxanması xolesterin, kalsium və iltihabi maddələrin damar divarlarında tədricən toplanması nəticəsində baş verə bilər.

Zaman keçdikcə bu proses damarlarda aterosklerotik lövhələrin yaranmasına və qan axınının pozulmasına gətirib çıxara bilər.

Mayonez niyə diqqət tələb edir?

Mütəxəssislər mayonezdən tamamilə imtina etməyə çağırmırlar. Əsas məsələ porsiyanın ölçüsüdür. Mayonez yüksək kalorili məhsuldur. Onun müntəzəm olaraq böyük miqdarda qəbul edilməsi artıq çəkiyə səbəb ola bilər. Artıq çəki isə orqanizmdə iltihabi proseslərin və ateroskleroz riskinin artması ilə əlaqələndirilir.

Sertifikatlı invaziv kardioloq, tibb elmləri doktoru Çen-Han Çenin sözlərinə görə, mayonez balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər.

“Əsas narahatlıq doğuran məsələ porsiyanın ölçüsüdür”, – həkim bildirib.

Ürək və damarları qorumaq üçün nə etmək olar?

Mütəxəssislər mayonezdən istifadə edənlərə bir sıra sadə qaydalara əməl etməyi tövsiyə edirlər:

-Mayonezi böyük miqdarda yemək əvəzinə, yeməklərə kiçik porsiyalarla əlavə etmək;

-Məhsulun tərkibinə diqqət yetirmək və daha yüngül variantlara üstünlük vermək;

-Yalnız bir məhsula deyil, gündəlik qidalanmanın ümumi kaloriliyinə nəzarət etmək;

-Artıq çəkinin yaranmasına yol verməmək.

Beləliklə, problem mayonezin özündən çox, onun həddindən artıq və müntəzəm istifadəsi ilə bağlıdır. Balanslı qidalanma və porsiyalara nəzarət ürək-damar sağlamlığının qorunmasında əsas amillərdən biridir.

Sunay Aydın

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 Sentyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri