Icma.az
close
up
RU
Milyonlarla təhsil haqqı alan universitetlər niyə kitaba pul xərcləmir? AÇIQLAMA

Milyonlarla təhsil haqqı alan universitetlər niyə kitaba pul xərcləmir? AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Universitetlərin müxtəlif ixtisaslara aid akademik və elmi-kütləvi dərsliklərin tərcüməsində və ya yenidən hazırlanmasında passiv qalması ali təhsilin keyfiyyətində ciddi boşluqlar yaradıb. Minlərlə tələbənin hər il yüksək məbləğdə təhsil haqqı ödədiyi bir mühitdə onların fundamental akademik resurslara əlçatanlığının təmin olunmaması təkcə pedaqoji deyil, eyni zamanda etik, sosial və hüquqi problemdir”.
Bunu Demokrat.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, 2024-cü il üzrə ali təhsil müəssisələrində 190 mindən artıq tələbə təhsil alır və onların təxminən 70%-i ödənişli əsaslarla oxuyur, bu isə universitetlərə yüz milyonlarla manatlıq illik büdcə qazandırır. Lakin bu vəsaitin çox az hissəsi tədris vəsaitlərinin yenilənməsinə, müasir tərcümə və nəşr fəaliyyətlərinə yönəldilir:

“Tələbələr əksər hallarda köhnəlmiş, metodoloji cəhətdən zəif, tərcüməsiz və ya keyfiyyətsiz çevrilmiş mənbələrlə təhsil alırlar. Bu fakt “Təhsil haqqında” Qanunun 13.1.9-cu maddəsində açıq şəkildə ziddiyyət yaradır. Həmin maddəyə əsasən, təhsil alanların “tədris materialları və metodiki vəsaitlərlə təmin olunmaq hüququ vardır”. Praktikada bu hüquq pozulur.
Universitetlər arasında bu məsələyə fərqli yanaşmalar olsa da, ümumi mənzərə dəyişmir: nəşriyyat fəaliyyəti sistemsizdir, tərcümə layihələri pərakəndə və davamlılıqdan uzaqdır, müəllif hüquqları, peer-review və elmi redaktə prosesi isə ya yoxdur, ya da formal şəkildə tətbiq olunur. Bu səbəbdən beynəlxalq elmi bazalara çıxışı olmayan, akademik ingilis dilində sərbəst düşünə bilməyən çoxsaylı tələbə müasir biliklərdən məhrum qalır. Bu vəziyyət ali təhsilin beynəlxalq rəqabət qabiliyyətinə və məzunların əmək bazarında uğur şanslarına birbaşa mənfi təsir göstərir”.
Ekspert həmçinin qeyd edib ki, dünya təcrübəsində universitetlər dərslik təminatını strateji məsələ kimi görür:
“Məsələn, Türkiyədə YÖK hər il onlarca dərsliyin türkcəyə tərcüməsini və nəşrini maliyyələşdirir. Bəzi nüfuzlu ali məktəblər, o cümlədən İstanbul və Ankara universitetləri müəllim heyətini dərslik hazırlamağa təşviq edir və bu vəsaitlər ölkənin digər universitetlərində də rəsmi şəkildə istifadə olunur. Almaniyada universitetlərin nəzdində fəaliyyət göstərən elmi nəşriyyatlar hər semestr tələbələrin ehtiyacına uyğun yeni dərslik və metodik materiallar təqdim edir. ABŞ və Böyük Britaniyada isə open-access (açıq girişli) dərslik platformaları dövlət dəstəyi ilə inkişaf etdirilir ki, bu da istər müəllim, istər tələbə üçün intellektual bərabərliyi təmin edir.
Əgər bu yanaşma dəyişməzsə, yaxın illərdə ali təhsil müəssisələri müasir bilik istehsal edən deyil, informasiya köhnəlməsinə məruz qalan passiv təlim ocaqlarına çevriləcək. Bunun qarşısını almaq üçün universitetlər dərslik tərcüməsi və hazırlanmasını elm və təhsilin birgə məhsulu kimi görməli, müəllimlərin akademik fəaliyyəti dərslik yazmaqla dəstəklənməli, tərcümə işləri elmi redaktorlar və fənn üzrə mütəxəssislərlə birlikdə aparılmalı, bu proseslər sistemli şəkildə maliyyələşdirilməlidir”.
Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 İyul 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri