Icma.az
close
up
RU
Başlıca səbəb İranda yaşayan on milyonlarla soydaşımızdır Deputatdan AÇIQLAMA

Başlıca səbəb İranda yaşayan on milyonlarla soydaşımızdır Deputatdan AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Bu gün ABŞ ilə İran arasında müxtəlif ölkələrin diplomatik kanalları vasitəsilə danışıqların aparıldığı artıq məlumdur. Xüsusilə Türkiyənin bu prosesdə fəallığı diqqət çəkir. Eyni zamanda, Qətər və Misir də ABŞ-İran danışıqlarına birbaşa olmasa da dolayısı yolla qatılır. Təbii ki, bunlar hamısı müsbət haldır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycanın ABŞ və İran arasında vasitəçi olması ehtimalından danışarkən bildirdi.

Onun sözlərinə görə, Türkiyənin fəallığını qeyd edərkən Azərbaycanın bu istiqamətdə atdığı addımlar da vurğulanmalıdır:

"Belə ki, iki ölkə başçısı arasında telefon danışıqları olub. Bu danışıqlarda Azərbaycan Prezidenti cənab İlham Əliyev yalnız narahatlığını ifadə etməklə kifayətlənməyib, eyni zamanda bu gərginliyin aradan qaldırılmasına və buna xidmət edə biləcək addımların atılmasında hazır olduğunu bildirib. Bu, çox vacib və müsbət mesajdır. Mesajın əsas mahiyyəti ondadır ki, Azərbaycan heç bir zaman İran üçün təhlükə yaratmayıb və öz ərazisini İran əleyhinə istifadə etməyə imkan verməyəcəkdir. Bu mövqe yeni deyil; uzun müddət davam edən ABŞ-İran qarşıdurması fonunda Azərbaycan dəfələrlə öz mövqeyini açıqlayıb. Xüsusilə 2005-ci ildə ABŞ-nin İrana aviazərbələr endirmək niyyətində olduğu vaxt, Azərbaycan Prezidenti birmənalı şəkildə bildirmişdi ki, Azərbaycan ərazisi heç vaxt bu məqsədlər üçün istifadə olunmayacaq. Bunun başlıca səbəbi İranda yaşayan on milyonlarla soydaşımızın mövcudluğudur".

Deputat əlavə etdi ki, indi də Azərbaycan bu məsələdə mövqeyini qəti şəkildə açıqlayıb və nəticə etibarilə əgər vasitəçi qismində iştirak etmək ehtiyacı yaranarsa, ölkəmiz bu prosesdə yaxından iştirak etməyə hazırdır:

"Bundan əlavə, Azərbaycan artıq bir sıra vacib danışıqlar platforması üçün zəruri şərait yaradıb. Məsələn, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya-ABŞ yüksək çinli hərbi zabitlərin görüşlərinin keçirilməsi, eyni zamanda Türkiyə-İsrail kimi digər dövlətlər arasındakı məsələlərdə Azərbaycan vasitəçi kimi çıxış edib və bu yolla öz bacarığını nümayiş etdirib. Bu da dünya tərəfindən təqdir olunur. İndi nəzərə alsaq ki, cümə günü ABŞ ilə İran rəsmiləri, xüsusilə Stiv Uitkof və Abbas Əraqçi arasında görüş keçirilməsi barədə razılıq əldə olunub, bu görüş böyük ehtimalla Türkiyə ərazisində baş tutacaqdır. Nəticə etibarilə, Türkiyə Azərbaycanın strateji tərəfdaşı və müttəfiqi olmaqla yanaşı, bu prosesdə fəal iştirak edir, Azərbaycan isə öz mövqeyi ilə bu fəallığı daha da gücləndirə biləcək tərəf kimi çıxış edir. Bu, çox müsbət haldır və bölgədə konfrontasiyanın səngiməsinə, mövcud qarşıdurmanın diplomatik kanallar vasitəsilə aradan qaldırılmasına xidmət edir".

Azər Allahverənov sonda bildirdi ki, Azərbaycanın bu kimi səyləri həm də bölgədə gərginliyin azalmasına və yarana biləcək münaqişə ocaqlarının qarşısının alınmasına yönəlmiş siyasətin həyata keçirildiyini göstərir.

Xədicə BAXIŞLI         

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Fevral 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri